Bu gün 3 ölkənin Baş prokuroru Bakıya gəlir...

"Təzadlar"ın əldə etdiyi məlumata görə, noyabrın 1-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv Dövlətlərin Baş Prokurorları Şurasının ilk iclası keçiriləcək. İclas çərçivəsində, həmçinin, ikitərəfli və çoxtərəfli görüşlər də nəzərdə tutulub. Qeyd edək ki, iclasda iştirak edəcək Türkiyə, Özbəkistan və Qırğız Respublikalarının Baş Prokurorları, Qazaxıstan Respublikasının Baş prokurorunun birinci müavini, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibinin müavini, Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti və digər qonaqlar bugün Heydər Əliyev adına Beynəlxalq Hava Limanında qarşılanacaqlar. İnformasiyanın doğruluğu Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən "Təzadlar"a təsdiq edilib.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN