“Sərhəddə törətdiyi təxribatlar Ermənistana hərbi və siyasi nöqteyi-nəzərdən baha başa gəldi”

Bu sözləri "Təzadlar"a millət vəkili Könül Nurullayeva deyib... "...Belə ki, 20-dən çox erməni hərbçisinin ölümü, 30 nəfərinin əsir düşməsi, 100-ə yaxınının isə yaralanması ilə nəticələnmiş bu təxribat Ermənistanda daxili-siyasi gərginliyi daha da artırdı. Bir daha aydın oldu ki, 44 günlük müharibədə darmadağın olan erməni ordusu revanşistlərin xülyalarını yerinə yetirəcək potensiala malik deyil. Bu səbəbdən sərhəd təxribatı Ermənistan üçün hərbi baxımdan rüsvayçı sonluqla nəticələndi", -deyən millət vəkili əlavə etdi: "...Siyasi baxımdan da bu təxribatlar Ermənistan üçün rüsvayçılıqla nəticələndi. Belə ki, noyabrın 16-da Azərbaycanla sərhəddə törətdiyi hərbi təxribatların ardınca yenidən Qərb ölkələrinə və təşkilatlarına yalvarması Ermənistanın siyasi-hərbi rəhbərliyinin ajiotaj içində olduğunu göstərir. Digər tərəfdən, bu ölkənin Rusiya ilə münasibətdə də səmimi olmadığı bir daha təsdiqləndi.
Sərhəddə insidentdən dərhal sonra anti-Rusiya əhval-rühiyyəsinə köklənən Ermənistan Qərbdə özünə yenidən dəstəkçi güc axtarmağa başladı. Bu davranış Paşinyanın Qərbin Rusiyaya qarşı daha bir təlimatını yerinə yetirən alət olduğunu təsdiqlədi. Ermənistan tərəfindən Avropa İttifaqına edilən yalvarışların nəticəsində Azərbaycan Prezidenti və Ermənistanın Baş nazirinin Brüsseldə görüş keçirilməsiməsinə dair Aİ Şurası tərəfindən təklif irəli sürüldü və rəsmi Bakı etiraz etmədi. Çünki Azərbaycan hər zaman siyasi dialoqa açıq olduğunu bəyan edib. Rəsmi Bakı bütün davranışlarında səmimidir - verilən bəyanatlarla praktik addımlar hər zaman bir-birilə uzlaşır. Bu fakt bir daha göstərir ki, Azərbaycanın beynəlxalq mövqeləri getdikcə daha da güclənir və 16 noyabr hadisəsi Azərbaycanın 44 günlük müharibə nəticəsində əldə etdiyi tarixi zəfərinin davamıdır. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində Ermənistan 16 noyabr insidentinə görə həm hərbi müstəvidə, həm də diplomatik meydanda yenə ağır zərbə aldı və ifşa oldu. Bundan sonra Ermənistan atacağı hər addım barədə düşünməlidir. Çünki istənilən təxribat bumeranq effekti ilə işğalçının özünə qayıdır və uduzan tərəf yenə Ermənistan özü olur".

Bəli, təcavüzkarların taleyi həmişə belə olub, belə də olacaq...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN