Deyəsən, Ukraynada vəziyyət tezliklə rusca olacaq. Çünki bu barədə Ukraynanın Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

"Ukrainskaya pravda" yazır ki, vəziyyət ciddiləşməkdədir... "Sərhədə 92 mindən çox hərbçi cəmləşdirən Rusiya 2022-ci ilin yanvar ayının sonlarında, fevral ayının əvvəlində Ukraynaya hücum edə bilər". Bunu isə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov “Military Times” nəşrinə müsahibəsində bildirib. K. Budanov Rusiyanın Ukraynaya hücuma hazırlaşdığını vurğulayıb: “Artilleriya və zirehli texnika ilə hücum Odessa və Mariupola desant endirilməsi ilə davam edəcək. Belarus sərhədindən də kiçik qüvvə ilə hücum olacaq. Bu hücum 14 minə yaxın ukraynalının həyatına son qoymuş 2014-cü ildəki münaqişə ilə müqayisədə daha dağıdıcı olacaq”.
Baş Kəşfiyyat İdarəsinin rəisi qeyd edib ki, hücum Ukraynada sabitliyi pozmaq və ölkənin mübarizə qabiliyyətini zəiflətmək üçün psixoloji əməliyyatlarla müşahidə olunacaq: "Onlar hökumətə qarşı çıxmaq üçün insanları küçələrə çıxmağa təhrik etmək istəyirlər. Bu səylər Rusiyanın təşkil etdiyi COVİD-19-ə qarşı vaksinasiya əleyhinə aksiyaları da əhatə edir. Moskva iqtisadiyyat və enerji tədarükü sahəsində problemlər ətrafında da spekulyasiya edərək kütləvi aksiyaları alovlandırmaq istəyir. Rusiya Donbasda hərbi əməliyyatlara məsuliyyət daşımaqda ittiham olunan Vaqner qrupunun 30-a yaxın üzvünə qarşı Ukrayna xüsusi xidmət orqanlarının uğursuz əməliyyatını da aktiv şəkildə qabardır. Rusiya psixoloji əməliyyatı ilə Ukrayna hakimiyyətinin xalqı satdığı təəssüratı yaratmaq istəyir. Polşa və Belarus arasında qaçqın böhranı ilə bağlı yaşanan sərhəd münaqişəsi də bu səylərin tərkib hissəsidir”.
K. Budanov ABŞ və Ukrayna kəşfiyyatlarının Rusiyanın hücuma keçəcəyi müddətlə bağlı proqnozlarının da oxşar olduğunu qeyd edib.
Rusiyanın Böyük Britaniyadakı səfirliyi Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisinin açıqlaması ilə bağlı “Military Times” nəşrinin sualını cavablandırmayıb. Pentaqon da K. Budanovun proqnozuna münasibət bildirməkdən imtina edib.
Ukrayna rəhbərliyi isə artıq beynəlxalq güclərə müraciət edərək dəstək istəyib...
A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN