Ermənistanın Armavir vilayətinin keçmiş qubernatoru Ambartsum Matevosyan baş nazirin müavini təyin edilib.
Ermənistan prezidenti Armen Sarkisyan bu barədə sərəncam imzalayıb və həmin sənəd öz saytında dərc olunub. Sərəncamda qeyd edilib ki, Ermənistanın baş nazirinin təklifinə əsasən, Konstitusiyanın 131-ci maddəsinə, həmçinin “Hökumətin strukturu və fəaliyyəti haqqında” qanunun 5-ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq Ambartsum Matevosyan Ermənistan Respublikasının baş nazirinin müavini vəzifəsinə təyin edilsin.
Matevosyanın Armavir vilayətinin qubernatoru vəzifəsindən istefası ilə bağlı qərarı isə artıq dünəndən Paşinyan imzalayıb.
Xatırladaq ki, Suren Papikyanın Ermənistan Müdafiə Nazirliyinin rəhbəri təyin edilməsindən sonra baş nazirin müavini postu boş qalmışdı.
Qeyd edək ki, Paşinyanın yeni müavininin 29 yaşı var. Ambartsum Matevosyan ABŞ-da təhsil alıb. O, ABŞ-da və Donetskdə yaşayıb- işləyib. 2016-2018-ci illərdə Ermənistanda Amerika Universitetində işləyib.
JASMİN