Bu gün noyabr ayının 30-da Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları zamanı qəzaya uğraması nəticəsində 14 hərbi qulluqçumuz həlak olmuşdur...
Artıq ictimai rəy də ona hesablanıb ki, bu qəza niyə bu qədər itki ilə nəticələnməliydi??? Hərbi ekspertlərin də qənaəti belədir ki, bu gün havanın küləkli olmasını niyə nəzərə almayıblar??? Tanınmış QHT rəhbəri Osman Gündüzün də sosial statusu düşündürücüdür: "...Helikopter qəzasında müəmmalı məqamlar da var. Xeyli sayda zabitlərin bir helikopterdə olması, küləkli bir şəraitdə təlim uçuşlarının keçirilməsi düşündürücüdür. Görəsən helikopterin texniki vəziyyəti öncədən yoxlanılıbmı, helikopterin istismar müddəti nə qədər olub? Hadisədən xeyli vaxt keçməsinə baxmayaraq daha detallı məlumatların verilməməsi də suallar yaradır. Aşqabadda və Soçidə Azərbaycan üçün əldə olunan uğurlu nəticələrdən dərhal sonra belə hadisənin baş verməsi də düşündürücüdür.
Rəsmilər Dövlət Sərhəd Xidmətinin və Baş Prokurorluğun rəhbər heyətinin hadisə yerində olduğunu bildirib. Hadisə ilə əlaqədar birgə araşdırma tədbirləri həyata keçirilir. Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə başsağlığı verib: "2021-ci ilin noyabrın 30-da Xızı rayonu ərazisindəkı “Qaraheybət” aviasiya poliqonunda Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması nəticəsində heyət üzvlərinin həlak olması xəbəri bizi son dərəcə kədərləndirdi. Bu ağır itkinin acısını Sizinlə yaşayır, dərdinizi bölüşür, Sizə və doğmalarınıza Mehriban xanım ilə birlikdə dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!"
*** 
Bəli, suallar yetərincədir. Ən azından, son Aşqabad və Soçi görüşlərinin mürəkkəbi qurumamış niyə belə risqli təlimlərə icazə verilmişdir? Bu, lap 1991-ci ilin 20 noyabr terror hadisəsinə oxşayır. Ən nüfuzlu dövlət adamlarını bir helikopterə yükləyib döyüş bölgəsindən uçuşuna icazə verilir...
*** 
Xatırladırıq ki, bu gün noyabr ayının 30-da Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo¬nunda təlim uçuşları zamanı qəzaya uğraması nəticəsində aşağıdakı hərbi qulluqçular həlak olmuşlar:

1. polkovnik Cavadov Fizuli Əli İbram oğlu;
2. polkovnik-leytenant Nəzirov Emil Nəzir oğlu;
3. mayor Həsənov Elmir Mircəlil oğlu;
4. mayor Əhmədov Elbrus Səmrəddin oğlu;
5. mayor Mayılov Emil Şahid oğlu;
6. mayor Məmmədov Murad Yaşar oğlu;
7. mayor Əliyev Emil Elman oğlu;
8. tibb xidməti kapitanı Əhmədxanov Ceyhun Xanlar oğlu;
9. kapitan Bayramlı Cavid Əhliman oğlu;
10. kapitan Əliyev Xəyyam Əlixan oğlu;
11. kapitan Qaraisayev Teymur Ənvər oğlu;
12. leytenant Süleymanov Abdulla Telman oğlu;
13. baş leytenant Nağıyev Fərid Təyyar oğlu;
14. işçi Nəbiyev Elçin Fikrət oğlu.

Hadisə zamanı polkovnik-leytenant Cəfərov Emil Məmməd oğlu və kapitan Ədilov Ramin Ramiz oğlu yaralanmışlar.

Allah bütün şəhidlərə və helikopterdə həlak olanlara rəhmət eləsin! Çox üzücü xəbər oldu...

Asif MƏRZİLİ

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN