Bu gün Tbilisidə Saakaşvilinin məhkəməsidir, amma vəziyyət gərginlik içindədir...

Belə ki, Vahid Milli Hərəkat partiyası Tbilisi Şəhər Məhkəməsi yaxınlığında etiraz aksiyası keçirir. "Təzadlar" Gürcüstan KİV-lərinə istinadla xəbər verir ki, onlar Mixeil Saakaşvilinin azad olunmasını tələb edirlər. Hazırda Tbilisi Şəhər Məhkəməsi qarşısına çox sayda polis qüvvəsi cəlb olunub. Polislər əvvəlki prosesdəki kimi yenə də nə jurnalistlərin, nə də Saakaşvilinin tərəftarlarının məhkəmə binasının həyətinə daxil olmağa icazə vermirlər. Xatırladaq ki, hazırda "Pencəklər" işi ilə bağlı Mixeil Saakaşvilinin məhkəmə prosesi keçirilir.

Əlavə məlumat veriləcək...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN