ALİ RADA UKRAYNANIN TEZLİKLƏ Aİ-YƏ QƏBUL OLUNMASINI İSTƏYİR

Ukrayna Ali Radası Avropa Komissiyası və Avropa Parlamentindən Ukraynanın Avropa Birliyinə daxil olması məsələsini sürətləndirməyi xahiş edib.

 Kiyevdə səfərdə olan Avropa Parlamentinin rəhbəri Roberta Metsola Ali Radanın sədri Ruslan Stefançukla birgə  brifinq keçiriblər.

Ukrayna KIV-nin məlumatına görə, brifinqdə Roberta Metsola tezliklə ukraynalıların Aİ-yə qəbul olunma arzusunun gerçəkləşəcəyinə əmin edib.

"Biz Ukraynanı rəsmi şəkildə və tez bir zamanda Aİ üzvlüyünə namizəd kimi tanıyacağıq. Mən bunu sizə Avropa Parlamenti adından söz verirəm", - deyə bildirib.

Metsola qeyd edib ki, Rusiya tərəfindən Ukraynaya qarşı həyata keçirilən hücum “Rusiyanın sülhü pozması və dünya nizamını pozması deməkdir”.

Onun sözlərinə görə, Rusiyaya qarşı  daha çox sanksiyalar tətbiq etmək lazımdır və onlar Ukraynada etdiklərinə görə cavab verməlidirlər.

Bundan əlavə, o, Ukrayna şəhərlərinin müharibədən sonrakı bərpasına kömək edəcəyini də vəd edib.

"Biz Ukrayna ilə Həmrəylik Fondu yaradacağıq və Ukraynaya yardımı davam etdirmək üçün xüsusi donor konfransı təşkil edəcəyik. Çünki bu hücum sizin həyatınızı dəyişdi, siz bu hücumu istəmirdiniz, səylərinizi qarşıdurmaya yönəltmədiniz".

O, həmçinin əlavə edib ki, Avropanın “Rusiyadan enerji təchizatı olmadan azad və təhlükəsiz olduğu” anı görmək istəyir.

"Böhran anında biz yadda saxlamalıyıq ki, enerji həmişə siyasi məsələ olub. Rusiya bunu uzun illər ərzində çox gözəl başa düşüb, amma bunu siz də başa düşürsünüz, Avropa da başa düşür.  Avropa isə Rusiyadan sıfır qaz alışına doğru hərəkət etməlidir. Əlbəttə, iddialı məqsəddir, lakin bu vacibdir, çünki biz Rusiyanın enerji istehlakı ilə etdiklərini maliyyələşdirməməliyik. Ümid edirəm ki, səylərimiz sayəsində bunu tez bir zamanda həyata keçirəcəyik”, - Avropa Parlamentinin sədri bildirib.

Xatırladaq ki, bu gün Rusiyanın Ukrayna ərazilərinə "xüsusi əməliyyat" adı altında hücumun 38-ci günüdür. 

İndiyədək hər iki tərəfin nümayəndələrinin dəfələrlə görüşməsinə, müzakirə etməsinə baxmayaraq, hələki konkret addımlar atılmayıb və bu müharibəyə son verilməsi mümkün olmayıb.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN