NATO-nun baş katibi Yens Stoltenberq 13 İyunda İsveçi ziyarət edib və İsveç baş naziri Maqdalena Anderssonla görüşüb.

İngiltərənin “Reuters” xəbər saytının paylaşdığı xəbərə əsasən, Stoltenberq görüşdəki çıxışı zamanı İsveçin Stokholmun NATO-ya üzvlük müraciətinin Türkiyə tərəfindən qəbul edilməsi üçün Türkiyənin tələblərini yerinə yetirmək istiqamətində mühüm addımlar atdığını qeyd edib.

Xatırladaq ki, İsveç və Finlandiya NATO-ya üzv olmaq üçün ötən ay müraciət etmiş, lakin İsveçin kürd terror qruplarına dəstək göstərməsi və Türkiyəyə silah ixracatına dair lisenziyaların geri alınması ilə bağlı keçmişdə aldığı qərar (İsveç 2019- cu ildə Suriyaya müdaxiləsindən sonra Türkiyəyə silah embarqosu qoymuşdur) səbəbi ilə bu müraciət Türkiyə tərəfindən qəbul edilməmişdir. NATO-ya üzvlük müraciəti isə ittifaqın 30 üzvü tərəfindən təsdiqlənməlidir.

Stoltenberq mətbuat konfrasında İsveçin terrorla mübarizə qanunvericiliyində dəyişiklik etməyə başlamasını alqışladığını qeyd edib və İsveçin silah ixracı üçün hüquqi bazanın müttəfiqlər qarşısında yeni öhdəlikləri olan NATO üzvü kimi gələcək statusunu əks etdirməsini təmin edəcəyini əlavə edib.

İsveç baş naziri terrorla mübarizə qanunlarında ilk dəyişikliklərin edildiyini və bu qanunların daha da sərtləşdiriləcəyini bildirib: “ İyulun 1-dən etibarən biz də terrorla mübarizədə daha da güclü qanunvericiliyə malik olacağıq. İsveçin terrorizmə qarşı mübarizəyə nə qədər ciddi yanaşdığı və bizim də terrorizmlə mübarizəyə töhfə verməyə hazır olduğumuza dair heç bir şübhə yoxdur”.  

Baş Nazir silah ixracatı ilə bağlı suala cavabında isə bildirib ki, bu məsələyə NATO üzvü olduqdan sonra baxıla bilər.

Stoltenberq hücuma məruz qalacağı təqdirdə NATO müttəfiqlərinin İsveçin müdafiəsinə qalxmamasının ağlasığmaz olduğunu qeyd edərək bildirib ki, məqsəd İsveç və Finlandiyanın “mümkün qədər tez” NATO-ya daxil olmasını təmin etməkdir.

 Nərminə Hacıyeva,

"Təzadlar"ın xüsusi müxbiri

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN