ABŞ dövlət katibinin köməkçisinin demokratiya, insan Haqları və əmək məsələləri üzrə müavini Kara Makdonald bir qrup vəkillə görüşüb.
Görüşdə insan hüquqlarının müdafiəsi sahəsində ixtisaslaşmış vəkillər Elçin Sadıqov, Zibeydə Sadıqov və Nemət Kərimli iştirak edib. Nemət Kərimli facebook səhifəsində bildirirb ki, görüşdə ölkədəki insan hüquqlarının vəziyyəti, seçki qanunvericiliyi və Tərtər hadisələri geniş müzakirə olunub.
"Xanım Makdonald bir daha Bayden admistirasiyası üçün insan hüquqlarının, demokratiyanın prioritet olduğunu xüsusi vurğuladı. Ümumi fikir ondan ibarət oldu ki, ölkəmizdə ən əsas problem seçki azadlığıdır, bu həll olunarsa digər məsələlər zamanla həllini tapacaq. Mən bu hakimiyyətin azad seçki keçirtmək həvəsində olmadığın bildirdim. Vəkilliyin problemləri də müzakirə mövzusu oldu", - deyə o qeyd edib.