Azərbaycan Respublikasının Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov "Neftçi" futbol komandasını UEFA Konfrans Liqasında növbəti mərhələyə yüksəlməsi münasibətilə təbrik edib.

Tezadlar.az bildirir ki, Prezidentin köməkçisi təbrikini tviter hesabında edib. “Təbriklər” – Şahmar Mövsümov yazaraq, “Neftçi”nin tviter hesabından paylaşım edib. Qeyd edək ki, "Neftçi" UEFA Konfrans Liqasında növbəti mərhələyə yüksəlib. Komanda II təsnifat mərhələsinin cavab oyununda Bakıda Kiprin "Aris" klubu ilə qarşılaşıb. Səfərdə 0:2 hesabı ilə uduzan "ağ-qaralar" rəqibinə 3 cavabsız qalib gəlib. Beləliklə, "Neftçi" Konfrans Liqasında III təsnifat mərhələsinə yüksəlib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN