Türkiyənin Antalya şəhərində keçirilən kikboksinq üzrə Avropa çempionatı başa çatıb.

Azərbaycan Kikboksinq Federasiyasından TEZADLAR.AZ-a bildiriblər ki, yarışın son günündə millimizin gənc üzvü Amin Quliyev “Low kick” versiyasında qızıl medal qazanıb. Ötən ay İtaliyada gənclər arasında dünya çempionu olmuş 17 yaşlı “Ağ canavar” ləqəbli A.Quliyev (60 kq) finalda Andres Unsueyə (İspaniya) qalib gəlib.

Digər finalçılarımız – Nihad Tağızadə (Low kick, 51 kq), Amil Məmmədov (Full contact, 51 kq), Məhəmməd İmanov (Full contact, 57 kq) və Elvin Qasımov (K1, 51 kq) müvafiq olaraq Türkiyə kikboksinqçiləri Salih Samet Oruc, Bədirhan Ərsayar, Əmrə Karaca və Musa Gülməzə uduzaraq gümüş medalla kifayətləniblər.

İdmançılarımızdan Avropa çempionu Amin Quliyev Səudiyyə Ərəbistanında keçiriləcək Ümumdünya Döyüş Oyunlarına, Avropa üçüncüsü Fərid Ağamoğlanov (Full contact, 63,5 kq) isə Polşada baş tutacaq III Avropa Oyunlarına vəsiqə qazanıb.

 Qeyd edək ki, hər iki idmançının şəxsi məşqçisi tanınmış kikboksinq ustası, dünya və Avropa çempionu Eduard Məmmədovdur.

Beləliklə, Azərbaycan millisi böyüklər və veteranlar arasında keçirilən Avropa çempionatını 17 medalla tamamlayıb. Bunlardan 4-ü qızıl, 5-i gümüş və 8-i bürünc

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN