Almaniyanın "Bavariya" klubunun baş direktoru Oliver Kan portuqaliyalı hücumçu Kriştiano Ronaldo ilə müqavilə imzalamaq imkanını istisna edib.
Bu barədə “Sky Sports” məlumat yayıb.
“Əlbəttə, onun bizə uyğun olub-olmadığını düşünmək bizim borcumuzdu. Amma bizim aydın komanda fəlsəfəmiz var”, - Kan deyib.
O qeyd edib ki, Ronaldo komandada heyrandır, lakin futbolçu onların ideyalarına uyğun gəlmir.
Noyabrın 23-də məlum olub ki, Ronaldo yenidən Səudiyyə Ərəbistanının “Əl-Nəsr” futbol klubundan təklif alıb. Müzakirə olunan maaş şərtləri daha əvvəl elan edilənlərə yaxındır - iki il üçün 242 milyon avro.
Noyabrın 22-də “Mançester Yunayted” Ronaldo ilə müqaviləyə xitam verdiyini rəsmən elan edib. Portuqaliyalı ilə müqaviləyə tərəflərin qarşılıqlı razılaşması ilə xitam verildiyi bildirilib. Futbolçu daha əvvəl klubu xəyanətdə günahlandıraraq mankunianların baş məşqçisi Erik ten Haqa hörmət etmədiyini bildirmişdi.
E.ŞİRİNOV