Bu gün "Qarabağ" klubu Sloveniyada "Olimpiya"ya qarşı UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununu keçirir...
Amma oyunun Azərbaycanda yayımlanmaması ciddi narazılıqla qarşılanıb... Tezadlar.az xatırladır ki, "Qarabağ" rəhbərliyi bu ciddi və qalmaqallı məsələyə münasibət bildirib: "Hörmətli azarkeşlər, "Olimpiya” - “Qarabağ” qarşılaşmasının yayım hüququnun öhdəliyini “İdman Azərbaycan” kanalı öz üzərinə götürüb. Lakin texniki səbəblərdən “İdman Azərbaycan” bu oyunu canlı yayımlaya bilmir. Yayımla bağlı məsuliyyəti birbaşa “İdman Azərbaycan” kanalı daşıyır".
Bəs adı çəkilən TV kanal bu məsuliyyəti necə daşıyacaq?
Tezadlar.az bir daha xatırladır ki, hazırda görüşdə ilk hissə oynanılır və "Qarabağ" 2:0 hesabı ilə öndədir...
Komandaya uğurlar arzulayırıq.
A.Məmmədli