Mariupolda 11 yaşlı ukraynalı gimnast Yekaterina Dyaçenko həlak olub.
Sport.ua xəbər verir ki, gənc idmançının ölüm xəbərini bədii gimnastika üzrə məşqçi Anastasiya Meşchanenkova açıqlayıb.
Məlumata görə, gimnastın olduğu evə mərmi düşüb, nəticədə onun meyiti dağıntılar altında qalıb.
E.ŞİRİNOV