“BMT-Nİ GÜCLƏNDİRMƏK LAZIMDIR – BAŞQA ALTERNATİVİMİZ YOXDUR” -  TOKAYEV

“BMT-Nİ GÜCLƏNDİRMƏK LAZIMDIR – BAŞQA ALTERNATİVİMİZ YOXDUR” - TOKAYEV

 “Birləşmiş Millətlər Təşkilatına gəldikdə, mən qəti şəkildə əminəm ki, onu gücləndirmək lazımdır, çünki o əvəzolunmazdır.

PREZİDENT İLHAM ƏLİYEV FÜZULİNİN AZAD OLUNMASI İLƏ BAĞLI PAYLAŞIM EDİB

PREZİDENT İLHAM ƏLİYEV FÜZULİNİN AZAD OLUNMASI İLƏ BAĞLI PAYLAŞIM EDİB

Prezident İlham Əliyev Füzulinin işğaldan azad edilməsi ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.

Fridrix Nitsşe:Zərdüşt belə dedi- Hamının və heç kimin kitabı-IV hissə

Fridrix Nitsşe:Zərdüşt belə dedi- Hamının və heç kimin kitabı-IV hissə

   Müharibə və döyüşçülər haqqında            Biz ən yaxşı düşmənlərimizdən, eləcə də ürəkdən sevdiklərimizdən mərhəmət istəmirik. Qoyun, sizə həqiq...

BU MƏHKƏMƏLƏRƏ SƏDR, SƏDR MÜAVİNLƏRİ VƏ HAKİMLƏR TƏYİN EDİLDİ - SİYAHI

BU MƏHKƏMƏLƏRƏ SƏDR, SƏDR MÜAVİNLƏRİ VƏ HAKİMLƏR TƏYİN EDİLDİ - SİYAHI

Prezident İlham Əliyev apellyasiya instansiyası məhkəmələri sədrlərinin müavinlərinin, məhkəmə kollegiyaları sədrlərinin, birinci instansiya məhkəmələ...

"GÜRCÜSTANDA YAXŞI BİLİRLƏR Kİ..."- POLİTOLOQDAN MARAQLI AÇIQLAMA

"GÜRCÜSTANDA YAXŞI BİLİRLƏR Kİ..."- POLİTOLOQDAN MARAQLI AÇIQLAMA

"Cənubi Qafqazda super dövlətlərin savaşı gedir. Bu savaş Birləşmiş Ştatlarla Rusiyanın savaşıdır...".

HACIQABULDA 30 İLDƏ 7 BAŞÇI DƏYİŞİB, AMMA KANALİZASİYA PROBLEMİ DƏYİŞMƏYİB

HACIQABULDA 30 İLDƏ 7 BAŞÇI DƏYİŞİB, AMMA KANALİZASİYA PROBLEMİ DƏYİŞMƏYİB

…Ötən gün Hacıqabul rayonu ərazisinə yağan güclü yağış ciddi fəsadlar yaratmış oldu.

MÜDAFİƏ NAZİRİ MÜŞAVİRƏ KEÇİRDİ VƏ MÜHÜM GÖRTƏRİŞLƏR VERDİ

MÜDAFİƏ NAZİRİ MÜŞAVİRƏ KEÇİRDİ VƏ MÜHÜM GÖRTƏRİŞLƏR VERDİ

Oktyabrın 12-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Müdafiə Nazirliyində xidməti müşavirə keçirilib.

VAHİD ƏZİZ SUMQAYITLILARIN QONAĞI OLUB

VAHİD ƏZİZ SUMQAYITLILARIN QONAĞI OLUB

Mədəniyyət Nazirliyi Abşeron-Xızı və Şərgi Zəngəzur Regional Mədəniyyət İdarələrinin birgə təşkilatçılığı ilə Xalq şairi, tərcüməçi Vahid Əzizin Sumqa...

YENİ TRENDLƏR MÜASİR MEDİADA TƏTBİQİNİ NECƏ TAPIR?

YENİ TRENDLƏR MÜASİR MEDİADA TƏTBİQİNİ NECƏ TAPIR?

Bu gün Bakı Biznes Mərkəzində “Müasir mediada yeni trendlər: informasiya təhlükəsizliyi və peşəkarlıq meyarları” mövzusunda konfrans düzənləndi...

MEDİA

11-Okt-2024 By Asif Memmedov

YENİ T…

Bu gün Bakı Biznes Mərkəzində “Müasir mediada yeni

Detay

Heç kəsə sirr deyil ki, ilbəil  dövlət büdcəsindən həm  səhiyyəyə, həm də  icbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır.

Vətəndaşlara tibbi xidmətlər də TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyindəki tibb müəssisələrində Xidmətlər Zərfi çərçivəsində göstərilir. TƏBİB-in fəaliyyətinin əsas məqsədi tabeliyində olan tibb müəssisələrində tibbi xidmətlərin təşkilini təmin etməkdən və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görməkdən ibarətdir. TƏBİB həmçinin tibb müəssisələrinin fəaliyyətini icbari tibbi sığorta sisteminin tələblərinə uyğunlaşdırır.

Xatırladaq ki, TƏBİB-in saxlanması və fəaliyyətinin təmin edilməsi dövlət büdcəsindən ayırmalar, fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən (göstərilən xidmətlərdən) əldə edilən daxilolmalar, ianələr, qrantlar və qanunla qadağan olunmayan digər mənbələrdən daxil olan vəsait hesabına həyata keçirilir.

***

...Son 20 ildə ölkədə 800-dək xəstəxana binası ya yenidən tikilib, ya da əsaslı təmir olunub.

Bəziləri isə uzun illərdir onlara da diqqət ayrılacağı, daha doğrusu, həmin xəstəxanalara üz tutanlar da, tibb işçiləri də şəraitsizlikdən can qurtaracağı günü  gözləyirlər...

Bunlardan biri də Sumqayıtdakı Bərpa Müalicə Xəstəxanası kimi yaddaşlarda qalan 4 saylı xəstəxanadır. Əslində bu xəstəxanadakı vəziyyətlə tanış olmaq üçün elə birinci mərtəbəsindəki liftinə daxil olmaq kifayətdir: əlbəttə, əgər daxil ola bilsəniz. Yarımçıq açılan liftin qapılarından qol-qanadınız əzilmədən içəri keçmək böyük hünər tələb edir, hətta deyərdik ki, akrobatik ustalıq...

Hələ xəstəxanaya təcili tibbi yardım maşınlarında gətirilmiş xəstələri (əsasən insult) arabaya əyləşdirib 3-cü mərtəbədə yerləşən nevrologiya şöbəsinə qaldırmaq da tibb işçilərindən xüsusi bacarıq tələb edir: həm qapıları tutaraq özünü içəri salmalı, həm də arabadakı xəstəni silkələyə-silkələyə, təkərlərini yerdən qaldıraraq yerləşdirməyi bacarmalıdır. Bu zaman ən azı 2 nəfər həmin yarımcan xəstəni liftə qəzasız-bəlasız keçirib - düşürmə “əməliyyatını” həyata keçirməlidir (adi vaxtda çox adam qorxudan liftə yaxın düşməyib pilləkənlərdən istifadəyə önəm verir).

berpa

Uzun illər, sabiq səhiyyə nazirinin dönəmində belə əldən düşmüş, sökülüb–dağılmış, taleyin ümidinə buraxılmış xəstəxananın halına yanan olmayıb. Hansı ki, bu gün də xəstəxananın nevrologiya şöbəsində qazilər, hərəkət məhdudiyyəti olan əlillər, insult keçirmiş xəstələr müalicə olunurlar. Otaqların, koridorların suvağı tökülmüş divarları, tavanları, linoliumu nimdaşlaşmış, qopub cırılmış döşəmələri, bərbad palata qapıları, ayaqyolundakı şəraitsizlik göz çıxarır.

Hətta yataq xəstələri üçün çanaq (unitaz) rolunu oynayan oturacağı xüsusi ovulmuş köhnə stullar xidmət göstərir, hansı ki, 21-ci yüzillik üçün xəstəxanadakı “ixtiraçıların” ən müasir kəşfi sayıla bilər...

xestexana2

Ayağı çəliklə yer tutan, lakin dizdən qatlamaqda çətinlik çəkən xəstələrə isə ayaqyolundakı yer çanaqları “xidmət göstərir”  (kişilərin bu sarıdan bəxti gətirdiyi bildirilir - onların ayaqyolunda oturacaqlı çanaqların olduğu deyilir...), əlbəttə, ayaqlarını qatlaya bilməyənlərə təklif olunur ki, bir nəfər özü ilə xidmətçi gətirsin və onlar üçün çarpayı pulu 12 manat ödəməklə həmin “son model stul-qarşoklardan” istifadə etməsinə yardımçı olsunlar. Buna isə bir çoxunun nə maddi imkanı yol verir, nə də işsiz-gücsüz ailə üzvü tapa bilirlər... Seçim isə sənindir: ya müalicə olunmaq üçün qulluğunda dura biləcək – “qarovulçu” tapmalısan, ya da müalicədən imtina barədə kağıza qol çəkib gedə bilərsən...

Məsələn, xəstəxananın adı çəkilən şöbəsində müalicə alan 2-ci qrup əlil, şəhid anası Xəlilova Bəyim bildirir ki, müalicədən çox razıdır, amma şəraitsizlikdir.

“49-cu məhəllədə yaşayıram. Xəstəliyimlə əlaqədar mən şəkər xəstələri üçün olan xəstəxanada müalicə olunmalıydım, amma yer olmadığı üçün göndərdilər Sumqayıtdakı 45 saylı xəstəxanaya, orada da yer tapılmadı deyə bura gətiriblər... Mən yeriyə bilmirəm, zorla, əsa ilə gəzirəm, mənim burada xidmətimdə dura biləcək adamım da yoxdur, çünki hamı işləyir. Burda isə şərait yoxdur – unitaz da yoxdur, ancaq yerdəndir”, - deyə Bəyim xala bildirir.

O, üzrxahlıq edərək əlavə edir ki, 4 gündür xəstəxanada yatır, amma unitaz yerdən olduğuna görə istifadə edə bilmir və buna görə də çalışır ki, az yemək yesin(?!)...

“Mən öturub-dura bilmirəm. Qorxuram ki, tavandakı kərpic başıma düşə”, - deyir ağbirçək qadın.

xestexana4

Bəyim xala dava-dərmanının hamısının xəstəxana tərəfindən verildiyini, hər gün masaj olunduğunu, fizioterapiyadan istifadə etdiyini, tibbi personaldan razı olduğunu bildirir.

Lakin bütün xəstələr Bəyim xala kimi dava -dərmanla əhatə olunmayıb. Misal üçün, insult xəstələri xəstəxanaya çatan kimi ailə üzvləri çağırılır və 10 günlük resept yazılaraq onlara verilir. Çünki insult xəstələri üçün həyati əhəmiyyət daşıyan iynələrin bir çoxu xəstəxanada yoxdur və əgər bu dərmanlar alınıb verilməzsə, müalicə başlanılmayacaq. Müalicə alan xəstənin bəzi iynələri xəstəxanadan verilsə də, əksəriyyəti (MAHHИТ-i apteklərdən belə, tapmaq müşküldür, hansı ki, beyin üçün vazkeçilməz preparatdır və mütləq lazımdır) aptekdən alınmalıdır, hətta 2 və 5 qramlıq şprislərədək, çünki onlarda əsasən 10 qramlıq şprislər olur.

xestexana

Ümumiyyətlə, illərlə baxımsızlıqdan bərbad vəziyyətə düşmüş xəstəxananın adı çəkilən şöbəsinin ayaqyolunda ən adi – oturacaqlı çanaq (unitaz) belə yoxdur, yaxud da yataq xəstələrinə vacib lazım olan, həm də qiyməti çox ucuz olan oturacaqlı, daşınan plastik olanları da...

Burada plastik unitazları ortası dairəvi ovularaq kəsilmiş köhnə stullar və vedrələr əvəzləyir – həmin stulların taxta kənarlrından isə mismarlar çıxır.

Qeyd edək ki, xəstəxanada reanimasiya şöbəsi olmadığı üçün insult (beyin qan dövrnının kəskin pozulması) xəstələrinin yanında mütləq bir nəfər qoymaq tələb olunur. Xəstənin yaxınlarına bildirilir ki, onlara baxmağa (yedirtmək, unitaza əyləşdirmək və s.) tibbi personalları yoxdur. Mütləq kimsə işdən icazə alıb, yaxud günəmuzd çalışandırsa çörək pulundan olub xəstəsinin xidmətində durmalıdır – evindəymiş kimi. Və icbari tibbi sığortaya əsasən (belə izah olunur) xəstənin yanında qalacaq şəxsə veriləcək çarpayı üçün gündəlik 12 manat pul da ödəməlisən. Hesablasaq ki, xəstə tam müalicə kursu almaq üçün bəzən 21 gün stasionarda yatmalıdır, demək ki, yanında gecələyən üçün 252 manat pul ödənilməsi deməkdir. Üstəgəl dava-dərman, işə getməyib itirdiyin günlərin pulları, xəstənin yanında qalan şəxsin də ehtiyaclarını ödəmək üçün yanına gəlib-getmək  və s. Və buna görə də bu şəraitsiz yerdən hamı maksimum tez bir zamanda can qurtarmağa – xəstəsini ev şəraitində ayağa qaldırmağa çalışırlar.

img-20230619-wa0001

Xatırladaq ki, 4 saylı xəstəxananın birinci mərtəbəsinin bir hissəsində (4-cü mərtəbəsində də olduğu deylir) 19 məcburi köçkün ailəsinin  məskunlaşdığı deyilir. Hazırda 1-ci mərtəbədə yaşayanlar da var. Məlumatlara görə, xəstəxanada əsaslı təmirin məcburi köçkünlərin doğma yurdlarına dönəcəkləri vaxtdan sonra başlanacağı bildirilir.

Amma bu, xəstəxanada ən sadə təmirin belə, aparılması üçün, yaxud ayaqyoluna çox ucuz qiymətə olan oturacaqlı çanaq qoymaq, liftin qapılarını təmir etmək... üçün bəhanə ola bilərmi?

Əslində fotolar xəstəxananın inanılmaz bərbad vəziyyətdə olduğunun göstəricisidir və əlavə şərhə də ehtiyac yox idi.

Biz isə yazdıq, dedik bəlkə bu zavallı insanların üz tutduğu xəstəxanaya rəhmi gələn tapılar, tez bir zamanda minimum problemlər belə, həllini tapmış olar..

Onu da əlavə edək ki, 4280 m² sahəsi olan 4 saylı xəstəxana ötən il yanğına məruz qalmış və 15 nəfər tüstüdən zəhərlənmişdi.

P.S. Deyilənə görə, müstəqillik illərindən bir qədər əvvəl məşhur alim Xudu Məmmədov xəstəliyi ilə əlaqədar Bakıda fəaliyyət göstərən xəstəxanalardan birinə yerləşdirilir. Alimin müalicə aldığı xəstəxana o qədər bərbad vəziyyətdə olur ki, dillə təsvir olunası deyilmiş, hətta tarakanlar da stolun üstündə rahatca qarınlarını doyururmuş... Xəstəxanada müalicə olunduğunu eşidəndə dostu, Xalq şairi Bəxtiyar Vahabzadə Xudu Məmmədovu yoluxmağa gəlir və ora çatan kimi alimi məzəmmət edir ki, niyə indiyədək burada müalicə alması barədə xəbər verməyib?

Xudu müəllim isə üzünü ona tutaraq “Bəxtiyar, mən bu günlər ərzində bir şeyi kəşf etdim – sən demə, bu cür bərbad, zir-zibilli, tarakanlı... xəstəxanada insanlar müalicə olunaraq sağalıb evə gedirlərmiş”....

 Y.MƏMMƏDLİ

Pin It

CƏMİYYƏT

14-Okt-2024 By Elbar Şirinov

BU MƏHKƏMƏLƏRƏ SƏDR, SƏDR MÜAVİNLƏRİ…

Prezident İlham Əliyev apellyasiya instansiyası mə

12-Okt-2024 By Yasemen Memmedov

MÜDAFİƏ NAZİRİ MÜŞAVİRƏ KEÇİRDİ VƏ…

Oktyabrın 12-də müdafiə naziri general-polkovnik Z

12-Okt-2024 By Elbar Şirinov

VAHİD ƏZİZ SUMQAYITLILARIN QONAĞI OLUB

Mədəniyyət Nazirliyi Abşeron-Xızı və Şərgi Zəngəzu

SİYASƏT

17-Okt-2024 By Yasemen Memmedov

“BMT-Nİ GÜCLƏNDİRMƏK LAZIMDIR – BAŞQA…

 “Birləşmiş Millətlər Təşkilatına gəldikdə, mən qə

17-Okt-2024 By Elbar Şirinov

PREZİDENT İLHAM ƏLİYEV FÜZULİNİN AZAD…

Prezident İlham Əliyev Füzulinin işğaldan azad edi

11-Okt-2024 By Elbar Şirinov

RUSİYA PREZİDENTİ KAZANDA ƏRDOĞANLA GÖRÜŞÜ…

Rusiya prezidenti Vladimir Putin Aşqabadda Türkiyə

11-Okt-2024 By Elbar Şirinov

PUTİN İRANIN YENİ PREZİDENTİ…

Rusiya prezidenti Vladimir Putin iyulda seçilən İr

10-Okt-2024 By Yasemen Memmedov

TÜRKÜSTAN – “TÜRKLƏRİN VƏTƏNİ” YENİDƏN…

Türkiyə Təhsil Nazirliyi təhsil proqramında mühüm

MƏDƏNİYYƏT

15-Okt-2024 By Elbar Şirinov

MƏDƏNİYYƏT NAZİRLİYİNDƏ XARİCİ SİRK…

Macarıstan, Rusiya və Belarusun məşhur sirklərinin

15-Okt-2024 By Elbar Şirinov

MƏMMƏD ARAZ YARADICILIĞININ POETİK XÜSUSİYYƏTLƏRİ

Sözə qiymət vermək, onu misra daxilində yerində və

11-Okt-2024 By Yasemen Memmedov

TÜRKİYƏNİN MƏŞHUR "BAHAR" SERİALINDA ŞUŞAMIZIN…

Türkiyənin Show TV kanalında yayımlanan məşhur "Ba

11-Okt-2024 By Yasemen Memmedov

ŞİZOFREN KİMİ TİBBİ QEYDİYYATDA OLAN…

Aparıcı Elgiz Əkbər açıqlaması ilə beyinlərdə sual

11-Okt-2024 By Asif Memmedov

BU DƏFƏ NAZİLƏ RAHİBQIZI KİTABINI…

  Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon

11-Okt-2024 By Elbar Şirinov

MƏDƏNİYYƏT NAZİRLİYİNDƏ "EURONEWS"UN NÜMAYƏNDƏ HEYƏTİ…

Mədəniyyət Nazirliyində “Euronews” kanalının inves

KRİMİNAL

17-Okt-2024 By Elbar Şirinov

OĞUZDA NARKOTİK VASİTƏLƏRİN SATIŞI İLƏ…

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata k

15-Okt-2024 By Elbar Şirinov

ÖTƏN GÜN 8,7 KİLOQRAMDAN ÇOX…

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbir

14-Okt-2024 By Elbar Şirinov

12,4 KİLOQRAMA YAXIN NARKOTİK VASİTƏ…

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbir

TEXNOLOGİYA

16-Iyl-2024 By Elbar Şirinov

RUSİYADA WHATSAPP-IN YAVAŞLAMASI TƏKZİB EDİLİB

Bəzi bölgələrdə WhatsApp-ın işində fasilələr antit

20-Iy-2024 By Yasemen Memmedov

BU İL AKİA-NIN TEXNİKA SATIŞI…

Bu ilin yanvar-may ayları ərzində Aqrar Kredit və

HADİSƏ

18-Okt-2024 By Elbar Şirinov

ENERQODARDA FÖVQƏLADƏ ELEKTRİK ENERJİSİ KƏSİLİB

Zaporojye AES-in Enerqodar peyk şəhərciyindən kəna

18-Okt-2024 By Elbar Şirinov

LİMANDA GƏMİNİN BATMASI NƏTİCƏSİNDƏ İKİ…

Saxalinin Korsakov limanında yük gəmisinin batması

18-Okt-2024 By Elbar Şirinov

XALİD MƏŞƏL YENİDƏN HƏMAS-A RƏHBƏRLİK…

Xalid Məşəl Yəhya Sinvarın ölümündən sonra yenidən

17-Okt-2024 By Elbar Şirinov

HAKERLƏR UKRAYNA MÜDAFİƏ NAZİRLİYİNİN ÇAT…

Naməlum şəxslər Ukrayna Müdafiə Nazirliyinin “Ehti

17-Okt-2024 By Elbar Şirinov

BELQOROD VİLAYƏTİNƏ GÜN ƏRZİNDƏ USQ-DƏN…

Son 24 saat ərzində Ukrayna hərbçiləri Belqorod vi

17-Okt-2024 By Elbar Şirinov

2 AVTOMAT, 2 QUMBARAATAN, 6…

Oktyabrın 16-da polis əməkdaşları paytaxt və respu

GÜNDƏM

SƏYAHƏT

SİYASƏT

HADİSƏ

SAĞLAMLIQ

12-Okt-2024 By Elbar Şirinov

HƏKİM ƏN TƏHLÜKƏLİ SPİRTLİ İÇKİLƏRİN ADINI…

Virus infeksiyalarının qarşısının alınması və müal

Jurnalistler

Tezadlar Arxiv

İDMAN

İQTİSADİYYAT

17-Okt-2024 By Yasemen Memmedov

FÜZULİ…

 Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev

TƏHSİL

17-Okt-2024 By Yasemen Memmedov

MÜƏLLİ…

 Qızın atası iddia edir ki, buna səbəb qızını həmi