BAYDENLƏ MAKRON PUTİNİN YENİ HÜCUMUNU TƏCİLİ MÜZAKİRƏ ETDİ
...9 may Faşizm üzərində Qələbənin yeni ildönümü yaxınlaşdıqca Rusiyanın siyasi rəhbərliyi daha da əsəbi hala gəlir...
...9 may Faşizm üzərində Qələbənin yeni ildönümü yaxınlaşdıqca Rusiyanın siyasi rəhbərliyi daha da əsəbi hala gəlir...
"Mixeil Saakaşvili məsələsi Ukraynada heç bir şəkildə müzakirə olunmadı".
Tezadlar.az 24News.ge-yə istinadla xəbər verir ki, bu barədə parlamentin sədri Şalva Papuaşvili jurnalistlərə müsahibəsi zamanı bildirib. Onun sözlərinə görə, həm qapalı, həm də açıq görüşlərdə əsas məqsəd mövcud anlaşılmazlıqları aradan qaldırmaq olub: "Ukraynaya səfərimiz zamanı Vahid Milli Hərəkat və Mixeil Saakaşvili məsələsi heç bir şəkildə müzakirə olunmadı. Həm qapalı, həm də açıq görüşlərimizdə əsas məqsədimiz mövcud anlaşılmazlıqları aradan qaldırmaq idi. Biz əsas məsələdə razılığa gəldik, irəliyə baxmalıyıq, ölkələrimizin qardaşlıq münasibətləri önəmlidir, hər şeyin həll yolu birbaşa ünsiyyətdir", - deyə Papuaşvili bildirib.
Xatırladaq ki, Gürcüstan müxalifəti hələ də Saakaşvilinin həbsdən buraxılmasında israrlıdır. Lakin Ukraynada başlayan müharibə bu tələbləri arxa plana buraxmaış oldu.
A.Məmmədli
Rusiyanın tamamilə ələ keçirməyə çlışdığı Ukraynanın şərqindəki Donbas vilayəti uğrunda döyüş əməliyyatları başlanıb.
Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın Avropa İttifaqı (Aİ) üzvlüyünə namizəd statusu əldə etməsi üçün zəruri addım olan doldurulmuş sorğu anketini qurumun Kiyevdəki nümayəndəliyinin rəhbərinə verib.