Dünən Rusiyalı milyarder Ruben Vardanyan Qarabağa gəldi...

Ardınca ötən gecə bölgədə ermənilərin genişmiqyaslı hərbi əməliyyatları baş tutdu, ağır döyüşlər getdi... Düşmən-təxribatçıların bir neçə hərbi hissəsi və dayaq məntəqələri darmadağın edildi... Vardanyan isə Şuşanın Turşsu və digər kəndlərdə olub, burda 90-cı illərdən məaskunlaşmış ermənilərlə görüşdü... Rusiya sülhməramlıların yoxlamasından keçib Qarabağa gələn Vardanyanın bu görüş-tapşırıqlarının üstündən bəlli təxribatlar baş verir. Uşağa da aydındır ki, bu təxribatın senarisi Moskvada yazılıb, Vardanyana da tapşırılıb ki, Btüsseldə başlamış sülh danışıqları pozulmalıdır, Rusiyasız sülh mümkün olası deyil...

 İndi görün nə baş verir:  Dünən gecə saatlarında ermənilərin məlum təxribatları törədilir, Paşinyan isə dərhal əvvəlcə Makrona, sonra Putinə... zəng edir... Ki, qoymayın, Azərbaycan bizi məhv edir.

 Sonra  Lavrovla Ermənistanın XİN rəhbəri danışır... Paşinyan təkrarən Putinə zəng vurub yalvarır ki, KTMT kömək eləsin, axı Ermənistan üzv ölkədir...  BMT-yə də şikayət edirlər...

 Amma Azərbaycan rəhbərliyi heç kimə zəng etmir, ordumuz düşmənə layiq olan cavabını verir. Baxmayaraq ki, Azərbaycanın Türkiyə ilə Şuşa Bəyannaməsi var, Türkiyəyə Qarabağa ayaq qoya bilər. Onda Ermənistanın çığırtısının səsi Allah bilir hardan gələcək. Əgər çığırmağa halı qalarsa... 

XXX

Bəli, Ermənistan başa düşməlidir ki, Rusiyadakı bəzi qüvvələr Ermənistanı ələ salıb oynadırlar, özü də Rusiya havasına oynadırlar... Zaman dəyişir, reallıqlar dəyişir, Rusiya da dəyişir, amma Ermənistan dəyişmir. Çünki dəyişməyə qoymurlar... 

Azərbaycan ordusuna eşq olsun!

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN