Prezident İlham Əliyev 2 il əvvəl Vüqar Əhmədovu “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edib. Ona görə təyin etməyib ki, məsələn, borclulara yalandan qəbz yazıb işıqları söndürülsün ( şok fakt təqdim ediləcək) və ya misal üçün, Şamaxının Pirqulu ərazisində motel-otellərdə dincələn əcnəbi qonaqlar qaranlıqda mürgü vursun... Bu dəqiqələrdə Şamaxının "Kirovka" kəndində zülmət aləmi bürüdü. Niyə? Vüqar Cəbrayıl oğlu Əhmədov niyə ASC-nin Şamaxı rayon İdarəsinin rəsinə başa salmır ki, a kişi, bu işıqsöndürmə nəticəsində yanan elektrik avadanlıqlarının pulunu əvəzləməyə maddi vəsaiti kim ödəyəcək? Vüqar müəllimin Mingəçevirdəki, Bakıdakı... şəxsi obyektləri satışa çıxarılsa, pulu bəs etməyəcək...
Odur ki, Vüqar müəllimə əli və səsi çatan varsa, desin ki, adam işıq kəsməz, işıq verər və pulunu yığar...
XXX
İşığı kəsilənlərə xatırladırıq ki, Vüqar müəllim Mingəçevir şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində menecment fakültəsində bakalavr və magistr pillələri üzrə təhsil alıb. O, həmçinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət və bələdiyyə idraəetməsi ixtisası üzrə təhsil alıb, Azərbaycan Dövlət İqtisad Universitetinin İnformatika və idarəetmə fakültəsinin menecment kafedrasının iqtisad üzrə fəlsəfə doktoru proqramının doktorantıdır. 2015-2018-ci illərdə Rusiya Federasiyasının Prezidentinin yanında Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasında təhsil alıb. Xarici İqtisadi Əlaqələr Nazirliyində və Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. Bir müddət Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin (sonradan İqtisadiyyat və Sənaye Nazirliyi) İstehlak Mallarının Ekspertizası Mərkəzinin direktoru olub. 2015-ci ildən hal-hazıradək “Azərişıq” Açıq Səhmdar Cəmiyyətində sədr müavini idi. 2020-ci il yanvarın 7-də Azərbaycan Prezidentinin sərəncamı ilə “Azərişıq” ASC-nin sədri vəzifəsinə təyin edilib. Yəni, bu qədər işıqlı yol keçən məmur işində işıqlı olmalıdır axı...
A.Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN