Tanınmış QHT rəhbəri Mirvari Qəhrəmanlı "Təzadlar"a həmkarlar təşkilatlarının fəaliyyəti ilə bağlı maraqlı açıqlama verib... -Mirvari xanım, həmkarlar təşkilatlarının sədrlərinin bəzən uzun illər bu vəzifəni tuturlar. Sanki seçilmir, təyin edilirlər... Sizcə, bu qənaət doğrudurmu?
-Bəli, elədir... Məsələn, Səttar Mehbaliyev 1993-cü ildən, yəni 29 ildir Azərbaycan Həmkarlar Təşkilatı Konfederasiyasının sədri, Cahangir Əliyev isə 1996-cı ildən Neft və Qaz Sənayesi işçilərinin Həmkarlar Təşkilatı Respublika Komitəsinin sədridir. Onlar təyin edilir, proses sonra zəncirvarı davam edir. Bir misal da SOCAR-ın Kompleks Qazma İşləri Tresti barədə. Bildiyiniz kimi Kompleks Qazma İşləri Tresti 2007- çi ildə yaranib. Həmin vaxtdan Həmkarlar Təşkilatının sədri əslən Neftçala bölgəsindən olan Əzizaga Məmməd oğlu Əzizovdur. Bu adam əvvəllər də "Neft Daşları" Qazma İdarəsində Həmkarlar təşkilatının sədri işləmişdir. 
-Belə çıxır ki, bəzi idarələrdə bu vəzifə kimlər tərəfindənsə idarə olunur...
-Elədir ki var... Nəzərinizə çatdırım o "Neft Daşları" Qazma İdarəsinin keçmiş rəisi Əvəz Abdullayevin qaynıdır və onun vasitəsi ilə həmin vəzifəni tutmuşdur.Nədənsə bu gün də həmin vəzifəni tutmaqda davam edir. Deyəsən, növbəti seçkidə həmin vəzifəyə Kompleks Qazma İşləri Trestində Həmkarlar təşkilatı sədrinin müavini Əmiraslanov Nicat Mətləb oğlu təyin olunacaq. Bu adam "Azərsu" ASC-nin keçmiş prezidenti Qorxmaz Hüseynovun bacısı oğludur. Müavin ştatını da ona görə açıblar ki, Əhmədağa Əzizov getdikdən sonra, onun müavini sədr olsun. Necə deyərlər, hazır kadrdır! Qorxmaz Hüseynovun digər qardaşı Faiq Hüseynov isə Kompleks Qazma İşləri Trestində ümumi məsələlər üzrə direktor müavini işləyir.  Necə deyərlər: Belə belə işlər... Ona görə də bilin ki, indi də həmkarlar təşkilatının sədri işçilər tərəfindən deyil, kimlər tərəfindənsə təyin olunurlar...
A.Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN