İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan bildirib ki,

Tehran Ukraynada hərbi əməliyyatların başlamasından bir neçə ay əvvəl Rusiyaya az sayda pilotsuz uçuş aparatı veriblər.

“Ukraynadakı müharibədən bir neçə ay əvvəl Rusiyaya az sayda pilotsuz uçuş aparatları verdik”.

O, bunu Fars xəbər agentliyinə deyib.

 Eyni zamanda, Abdullahiyan İranın Rusiyaya ballistik raketlərin tədarükü ilə bağlı məlumatları təkzib edib.

Xatırladaq ki, Ukrayna tərəf İranı Rusiyaya Rusiyaya 2400 ədəd PUA verdiyini iddia edir. İran isə bunu təkzib edir və müharibə dövründə Rusiyaya silah satmadığını bildirir.

Hətta İran XİN başçısı qarşı tərəfdən istifadə olunan pilotsuz uçuş aparatlarının (PUA) İrana məxsus olması haqqında sənəd tələb etdiklərini də bildirib.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN