Prezident İlham Əliyev Rusiya sülhməramlıların Qarabağda qalma vaxtını xatırladıb...

"Rus sülhməramlılar orada müvəqqəti yerləşiblər, 2020-ci ilin 10 noyabr Bəyanatında onların müddəti göstərilir". Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 8-də Şuşada hərbçilər qarşısında çıxışı zamanı belə deyib. Tezadlar.az xatırladır ki,  "Bu günədək baş verən proseslər Ermənistan üçün dərs olmalıdır və heç kəsə güvənməməlidir", - deyən İ.Əliyev əlavə edib: "İkinci Qarabağ müharibəsinin dərsləri Ermənistan tərəfindən unudulmamalıdır və onlar bilməlidirlər ki, odla oynamaq onlara baha başa gələcək. Əgər orada kimsə – istər iqtidar, istər müxalifət, istərsə də xaricdən göndərilmiş, öyrədilmiş hansısa ünsür yenidən bizə qarşı hansısa bəd fikirdə olmaq niyyətindədirsə, o, bizim yumruğumuzu bir daha görəcək və son iki ilin tarixi bunu göstərdi. Hətta bu il “Fərrux” əməliyyatı, “Qisas” əməliyyatı, 13-14 sentyabr Ermənistan-Azərbaycan sərhədindəki hadisələr - bütün bunlar Ermənistan üçün dərs olmalıdır. Biz bu dərsi öyrədirik və ümid edirik ki, nəhayət, onlar bunu anlayacaqlar, boyunlarını büküb öz daxili işləri ilə məşğul olacaqlar, bizim torpağımıza göz dikməyəcəklər, Qarabağa göz dikməyəcəklər. Qarabağ bizim torpağımızdır. Rus sülhməramlılar orada müvəqqəti yerləşiblər, 2020-ci ilin 10 noyabr Bəyanatında onların müddəti göstərilir və əgər kiməsə bel bağlayırlarsa, yenə də faciə ilə üzləşəcəklər".

Tarixini işğalçı niyyəti ilə yaşamış Ermənistanın rəhbərliyi Azərbaycanın bu tarixi qələbəsindən dərs götürməlidir. Əks halda, yenidən baş verəcək yeni dərslər bu qondarma dövlətə baha başa gələ bilər...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN