Dünyanın diqqəti İrandakı rejimə qarşı kütləvi etirazlara yönəlib...

əsas problem qadın və insan azadlıqlarının məhdudlaşdırılmasının qarşısının alınmasına yönəlib... İnsanların fundamental azadlıq hüquqlarınln əsrlər boyudur əllərindən alınması dözülməz idi... Nəhayət, etirazlara tab gətirməyən İran hakimiyyəti əxlaq polisini ləğv etmək qərarına gəlib. Tezadlar,az İran Aşıqlar Birliyinin rəsmiyyətinə istinadla bildirir ki, bu barədə yerli media xəbərlər paylaşmaqdadır,  Ölkənin  Baş Prokurorluğuna istinadən CNN də məlumat yayıb. İranın baş prokuroru Məhəmməd Cəfər Montazerinin sözlərinə görə, “əxlaq polisi İslam Respublikasının hüquq-mühafizə sistemi ilə heç bir əlaqəsi olmadığı üçün ləğv edilib”.
Qeyd efək ki, bir neçə ay öncə İranın əxlaq polisi tərəfindən 22 yaşlı Məhsa Əmininin hicabla bağlı saxlanılmasından sonra onun ölümü, ölkənin bir sıra şəhərlərində etirazlarla qarşılanıb.
Məlumat üçün bildirək ki, ölkə konstitusiyasının bəzi maddələri də dəyişdirilə bilər. Bununla bağlı İran prezidenti İbrahim Rəisi ölkədə davam edən etirazlar fonunda ölkənin 1979-cu ildə qəbul edilmiş konstitusiyasının bəzi maddələrinin dəyişdirilməsinin mümkünlüyünü bildirib.

İranda isə kütləvi etirazlar davam etməkdədir, molla rejimi isə hələki müqavimət göstərməkdə, nümayişçiləri edama və cəzalara məhkum etməkdədir.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN