Ali təhsilli energetik çıxılmaz vəziyyətdədir, «Təzadlar»a göndərdiyi şikayət məktubunda kömək istəyir…

Uzun illər «Azərişıq» ASC-də çalışmış, oğlu Vətən müharibəsi iştirakçısı olan ali təhsilli energetik energetika naziri Pərviz Şahbazova və «Təzadlar» qəzetinə ünvanlı şikayət ərizəsini redaksiyamıza göndərib. “Azərişıq” ASC-nin  Sumqayı Elektrik Şəbəkəsinin sabiq işçisi Nəbiyev Füzuli Cəlal oğlu tərəfindən yazılmış ərizədə bir sıra problemlər qaldırılıb.

Şikayətçi ilə əlaqə saxladıq və o, yazdıqlarını təsdiqlədi, bir sıra digər məsələlərə aydınlıq gətirdi. Aşağıda həmin şikayət ərizəsini təqdim edirik:

Hörmətli cənab nazir!

Hörmətli «Təzadlar» qəzetinin redaksiyası!

Mənim 67 yaşım var. Ali təhsilli mühəndis-energetikəm. YAP-ın üzvüyəm. Oğlum Vətən müharibəsi iştirakçısıdır. Hazırda cəbhə bölgəsindədir. 1998-dən energetika sahəsində rəhbər vəzifələrdə işləmişəm. 44 günlük Vətən müharibəsində iştirak edən oğluma görə keçirdiyim stress, həyəcana görə açıq ürək əməliyyatı edildim. Uzun müddət xəstəxanada müalicə alarkən pensiya yaşıma görə idarə tərəfindən təzyiqlərə məruz qaldım. Ağır ürək əməliyyatı keçirdiyim üçün təzyiqlərə dözməyib öz xahişimlə işdən çıxma ərizəsi yazmağa məcbur qaldım. Nə peşəkar energetik olmağıma, nə uzun müddətli iş təcrübəmə, nə ali təhsilimə məhəl qoyulmadı. Vətən müharibəsində iştirak edən oğluma görə heç bir hörmət qoymadan mənə təzyiq edib, öz xahişimlə ərizə yazmağa vadar etdilər. Bildirdilər ki, “Möhtərəm İlham Əliyev Cənablarının yürütdüyü Gənclər siyasətini rəhbər tutaraq bütün pensiyaçıları işdən azad edib yerlərinə cavan kadrlar təyin edirik”. Sonradan bildim ki, aldadaraq tək məndən işdənçıxma ərizəsi alınıb. Aşağıdakı pensiyaçılar (soyad, ad və yaşları göstərilib) isə işdə saxlayıblar:

1.Qasımov Əyyar-74,

2.Əliyev Əhmədəli-69,

3.Hacıbalayev Teymur-68,

4.Hacıyev Eldar-68,

5.Məmmədov Famil-67,

6.Əliyev İlyas-67,

7.Şahsuvarov Nazim-66,

8.Nəzərov Əfqan-66,

9.Həsənov Fərhad-66,

10.Həşimzadə

11.İntizam-yaşı-66,

12.Turabov Aydın-yaşı-66,

  1. Baxışov Saleh-yaşı-65,

14.Əhmədov Zahid-65,

15.İsmayılova Gülnarə-65,

16.Alqayeva Abidə-64.

Bunlar işdə qalan yüzlərlə pensiyaçılardan 16-sıdır. Həm pensiya, həm maaş, həm də mükafat alırlar. Maaşdan əlavə hər ay mükafat da yazılır. Mənsə tək pensiyanın ümidinə qalmışam. Onlar kimi mən də işləmək istəyirəm. Nə üçün ayrı-seçkilik edilir?

 “Azərişıq” ASC-nin İşlər İdarəsinin rəsi S.Baxışov bu suallarımı cavabsız qoyur. Ərizələrimə “Ştatda vakansiya yoxdur” yazmaqla kifayətlənir. Lakin məndən sonra həm ştatla, həm də podrat müqaviləsi ilə işə çox sayda işçi qəbul edilib. Məni də ən azı podrat müqaviləsi ilə işlə təmin etmək olardı. Vakansiya yoxdursa bu qədər adam necə işə qəbil edilir?

Xahiş edirəm, ya işlə təmin edilməyim üçün mənə də köməklik göstərəsiniz, ya da ərizəmdə adlarını sadaladığım pensiyanerləri də işdən azad edib yerinə gənc kadrlar təyin etməklə «Azərişıq» ASC-dəki bu ayrı-seçkiliyə son qoyasınız.

Əvvəlcədən Sizə minnətdarlıq edirəm».

REDAKSİYADAN: şikayət ərizəsini baxılması üçün həm Energetika Nazirliynə, həm də «Azərişıq» ASC-yə göndərildi. Nəticəsi barədə əlavə məlumat veriləcək.

Təqdim etdi: A.Məmmədli

                                    

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN