Artıq Azərbaycanın İrandakı səfirliyinə hücum edən terrorçunun fotosu da yayılıb...
Tezadlar.az bildirir ki, bu terrorçunun fotosunu TRT-Haber və “Haber Global” yayıb. Lakin onun ad-soyadı hələki açıqlanmayıb.
Təəssüflər olsun, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir. Terroru törətmiş şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.
Fotodan isə terrorçunun kürt yaraqlılarına bənzədiyi sezilir...