Azərbaycanda Şeyxülislam vəzifəsi nə vaxtdan təsis olunub?

…Bu sual çoxlarını düşündürür. Xüsusən də Qafqazın şeyxi Allahşükür Paşazadənin Ermənistanın Qarabağdakı işğalına son qoyulması və bu qələbənin hansısa İran şeyxinin fətvası ilə baş tutduğunu deməsindən sonra.

Apardığımız kiçik bir araşdırma ilə bu suala cavab tapmağa çalışacağıq. Beləliklə:

-Şeyxülislam vəzifəsi 1823-cü ildə çar Rusiyası dövründə təsis edilib.

Böyük Vətən müharibəsi illərində əvvəllər ləğv edilmiş qurum 1944-cü ildə bərpa olunub. Bərpa edilən qurum Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi adlanıb.

İndiyə kimi 12 şeyxülislam görəvdə olub.

Axund Məhəmmədəli Hüseynzadə (Salyan) -1823–1846

Axund Fazil İrəvani-(İrəvan) 1846–1862

Axund Əhməd Hüseynzadə- (Salyan) 1862–1884

Axund Mirzə Həsən Tahirzadə-(Şuşa) 1885–1894

Axund Əbdüssəlam Axundzadə-(Salyan) 1895–1907

Hacı Məhəmməd Həsən Mövləzadə Şəkavi-(Şəki) 1907–1909

Axund Məhəmməd Fərəculla Pişnamazzadə-(Gəncə) 1909–1918

Axund Ağa Əlizadə-(Bakı) 1918–1920, 1944–1954

Axund Mirmehdi Həkimzadə-(Şamaxı) 1954–1966

Axund Əliağa Süleymanzadə-(Novxanı) 1968–1976

Axund Mirqəzənfər İbrahimov-(Bakı)1978–1980

Hacı Allahşükür Paşazadə (Lənkəran) isə 1980-ci ildən bu günə qədər Qafqaz müsəlmanlarının şeyxi kimi bu vəzifəni daşıyır.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN