19 iyul tarixində Cenevrədə Piyadalar Əleyhinə Minaların Qadağan Olunması üzrə Konvensiyanın 2023-cü il sessiyalararası görüşü çərçivəsində LINKS Avropa Fondunun təşkilatçılığı və Avropa Birliyinin dəstəyi ilə “Minalardan azad Cənubi Qafqaz” mövzusunda tədbir təşkil edilib.

XİN-dən bildirilib ki, tədbirdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İsgəndərov məruzəçi qismində çıxış edib.

Çıxışında Elşad İsgəndərov 30 ilə yaxın davam edən işğal nəticəsində ölkəmizin 10 %-ə yaxın ərazisinin Ermənistan tərəfindən məqsəqyönlü şəkildə minalarla çirkləndirildiyini, sözügedən ərazilərdə 1 milyon yarımdan artıq minanın basdırıldığını diqqətə çatdırıb.

Ərazilərimizin məqsədyönlü şəkildə minalanmasının davam etdirilməsinin bölgədə dayanıqlı sülhün əldə olunmasına, aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə, bu ərazilərdə fəaliyyət göstərən mülki əhaliyə, habelə məcburi köçkünlərin geri qayıtmasına və öz yerlərində dinc yaşamasına mane olan əsas təhdidlərdən biri olduğunu vurğulayan E.İsgəndərov mina qurbanlarından söz açıb. Təkcə 2020-ci ilin noyabr ayından indiyənədək işğaldan azad edilmiş ərazilərdə baş vermiş 179 insident nəticəsində 57 vətandaşımızın həlak olduğunu, 247-sinin isə ağır yaralandığını bildirib.

Çıxışda, həmçinin Ermənistanın beynəlxalq humanitar hüququn tələblərini pozaraq Azərbaycana hələ də dəqiq mina xəritələrini verməkdən boyun qaçırdığı vurğulanıb. Mövcud çətinliklərə baxmayaraq, Azərbaycanın minalarla çirklənmiş ərazilərinin artıq onda birini təmizlədiyi bildirilib. Bu xüsusda, beynəlxalq həmrəyliyin göstərilməsinin vacibliyi, həmçinin ölkəmizin beynəxalq təşkilatlarla əməkdaşlığa hazır olduğu tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Tədbirdə habelə Piyadalar Əleyhinə Minaların Qadağan Olunması üzrə Konvensiya sədrliyinin nümayəndəsi Albreöt von Vittke, Avropa Birliyi Nümayəndəliyinin tərksilah şöbəsinin müdiri Marketa Homolkova, Gürcüstanın BMT-nin Cenevrə Mərkəzi nəzdində daimi nümayəndəsi Alexander Maysuradze, LİNK Avropa Fondunun icraçı direktoru Dennis Sammut çıxış edib. Natiqlər minaların Cənubi Qafqaz regionunda dayanıqlı sülh və inkişafa ciddi maneə olduğunu, bu böyük humanitar problemlə bağlı beynəlxalq həmrəyliyə ehtiyac duyulduğunu vurğulayıblar. Bu səpkidə dəyərləndirmə və yardım üzrə maraqlı tərəflərin iştirakı ilə beynəlxalq konfransının təşkil edilməsinin vacibliyi qeyd olunub.

TEZADLAR.AZ

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN