Qondarma "Artsax" "prezidentinin"  "müşaviri"  David Babayan Rubenin həbsindən sonra təhlükədə olduğunu başa düşərək  Azərbaycana  təslim olub...
Tezadlar.az "Novosti Arsax" saytına istinadla bildiri ki, Babayan sosial platforma hesabında silahdaşlarına müraciət də edib: "Hamınız bilirsiniz ki, mən Azərbaycanın qara siyahısına düşmüşəm və Azərbaycan tərəfi müvafiq araşdırma aparılması üçün mənim Bakıya gəlməyimi tələb edib. Bu gün Stepanakertdən Şuşaya getmək qərarına gəldim. Bu qərar təbii ki, ilk növbədə yaxınlarıma böyük ağrı, narahatlıq və stress yaşadacaq, amma əminəm ki, onlar başa düşəcəklər. Mənim peyda olmamağım, daha da pisi, qaçmağım səbirli xalqımıza, bir çox insanlara ciddi ziyan vuracaq və mən vicdanlı bir insan, zəhmətkeş, vətənpərvər və xristian olaraq buna yol verə bilmərəm”.
ermənilərin Sosial şəbəkələrindı isə Araik və digərlərinin dı cəzalarının yüngülləşdirilməsi məqsədilə könüllü təslim olacaqlarımı yazırlar.
Xatırladırıq ki, ABŞ rəsmiləri prezident İlham Əliyevin silahı yerə qoyub könüllü təslim olanlara amnistiya tətbiq edəcəyini dəstəklədiyini və yüksək qiymətləndirdiyini bildirib.
A.Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN