Bu yaranmış nisbi sakitlik indi də İsrail ilə Livan arasında hərbi toqquşmalarla müşaiyət olunub...
Tezadlar.az CNN- Türk- ə istinadla bildirir ki, bu barədə İsrailin Müdafiə Ordusu məlumat yayıb. Məlumatda bildirilir ki, hazırda İsrail helikopterləri Livanda əməliyyat keçirir. Hansı ki, daha əvvəl Livandan İsrail ərazisinə silahlı şəxslərin keçdiyi barədə məlumat yayılmışdı.
israildı yaşayan tanınmış politoloq və jurnalist Mark Qorin "Təzadlar"a bildirib ki, bu dəqiqələrdə də hərbi gərginlim davam etməkdədir: "Bütün cəhdlərə baxmayaraq HƏMAS qruplaşmaları İsrailin mülki obyektlərinə minomyotla raket zərbələrini davab etdirməkdədir. Lakin İsrail ordusu da qarşı tərəfə ikiqat cavab verir. Hazırda Qəzzanın mühasirəyə alınması əmri verilib...".
A.Məmmədli