"Şəxsiyyət vəsiqəsində ad və soyadı Kərimov Azər Beydulla oğlu yazılan göz həkiminin özünü gah "Benjamin Azər Kərimov, aparıcı İlham Mirzəyevin SPACE-TV- də efirə gedən müəllif verilişində "Avrahm Benjamin", özünün İnstagram səhifəsində isə "Abraham Benjamin" kimi təqdim edən həkimin özünü yəhudi ad və soyadı ilə cəmiyyətə təqdim etməsində məqsədi nədir?"

Bu sualla "Təzadlar"a müraciət edən Bakı şəhər sakini bizdən bunlara cavab tapmağı xahiş edir... Bu məqsədlə həkimin ad və soyadını internetdə axtarışa verdik. Maraqlı mənzərə ilə rastlaşdıq. Budur, 2016-cl ildə elektron mediada yayımlanmış bir xəbərdə bu təqdimatlara rast gəldik: "...Oftalmoloq-cərrah Azər Kərimov imkan daxilində belə ucuz eynəklərdən istifadə etməməyi tövsiyə edir. A.Kərimov Trend-ə bildirib ki, ucuz qiymətə satılan eynəklərin şüşələrinin materialları orijinal eynəklərdəkindən fərqlidir: "Ucuz qiymətə satılan gün eynəklərinin optik şüşələri tam orqanik olmur, hansısa plastik materiallardan hazırlanır. Həmin eynəklərin şüşələrində xüsusi örtüklər və qatlar olmur və bunlar olmadığına görə həmin eynəklər orijinal eynəklərin verdiyi rahatlığı verə bilmir, işıq keçiriciliyi fərqli olur".

Yəni, həkim özünü pasiyentlərinə 2016-cı ildə şəxsiyyət vəsiqəsində olan ad və soyadı ilə təqdim edib...  2023-cü ildə isə birdən- birə yenə də elektron mediada belə bir təqdimatla rastlaşırıq: "...Diabetik retinopatiya 20-65 yaş arası insanlarda əsasən korluğa səbəb olan xəstəlikdir. Diabetes mellitus, yüksək qan təzyiqi, artıq çəki, yüksək xolesterin - bütün bu amillər zaman-zaman ağırlaşma riskini artırır. Bu sözləri AZiNFORM.AZ-a  Professor, Həkim-Oftalmoloq Benjamin Azər Kərimov   öz açıqlaması zamanı bildirib: "Uzun müddətli şəkərli diabet  xəstəliyindən əziyyət çəkən bir çox insanlarda göz damarları zədələnir. Torlu qişanın cırılması, qanamalar və  göz damarlarının partlaması nəticə olaraq görmə  tamamilə itirilir.  Ona görə də profilaktik olaraq vaxtaşırı həkimə müraciət olunması məqsədəuyğundur." və sair.

Başqa bir yazıda isə həkimin bu dəfə daha başqa bir ad- soyad altında təqdimatına rast gəlirik.

XXX

Məsələyə hüquqşünasların mövqeyini öyrənməklə aydınlıq gətirməyə çalışacağıq ki, görək həkim Azər Kərimovun özünü fərqli zamanlarda yəhudi ad və soyadı altında təqdim etməsində məqsədi nədir, qanunvericilik bu məqamda nə deyir...

 Bilmirik, bu təxəllüsdürsə, adətən belə hallar bədii yaradıcılıqla məşğul olan şəxslərə şamil olunur. Amma bizə müraciət edən oxucunun da yazdıqlarında soruşulur və cavab istənilir ki, niyə həkim özünü elə Azərbaycanlı kimi deyil, yəhudi kimi təqdim edir? Axı, niyə də onun peşəkar həkim kimi nailiyyətləri başqa millətin adına yazılmalıdır? Məgər cəmiyyətə və xəstələrinə Azər Beydulla oğlu Kərimov kimi təqdim edilsə, ona müraciət edənlərinmi sayı azalacaq??? 

Ən maraqlısı, aparıcı İlham Mirzəyevin SPACE-dəki müəllif verilişində də həkim yəhudi ad və soyadı ilə tamaşaçılara təqdim edilir. 

Bir daha sual olunur: Azərbaycanın şəxsiyyəti bildirən rəsmi sənədində ad və soyadı ola- ola, professor elmi dərəcə daşıyan bir tanınmış həkimin niyə belə yol tutduğu hardan qaynaqlanır? 

Bu və ya digər suallarla həkimin çalışdığı Kəpəz Klinikasına, özünün instagram səhifəsində qeyd olunan telefon nömrəsinə zəng vursaq da cavab verən olmadı. Həkimin mövqeyini öyrənərək əlavə məlumat verməyə çalışırıq...

"Təzadlar"ın Araşdırma Qrupu

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN