"Jurnalist sosial mediada yayımlanmış və təkzib edilməmiş aşkar məlumatlardan öz məqaləsində bu fakt və məlumatı təhrif etmədən, müəlliflik hüququnu pozmadan və ilkin mənbəyə istinad edərək istifadə edirsə, onun heç bir hüquqi məsuliyyəti ola bilməz..."

Bu sözləri "Təzadlar"a eksklüziv olaraq tanınmış yazıçı- publisist, media mütəxəssisi Akif Əli söylədi. Ekspert deyir: " Mən professorş BDU- nun jurnalistika kafedrasının müdiri Qulu Məhərrəmlinin bu mövzuda açıqlamasını da oxudum. Professor tamamilə haqlıdır ki, vı onun təhlili düzgündür. Sosial platformalarda yayımlanmış hər hansı bir məlumatı yaydığına görə jurnalisti məhkəməyə verənlər də, əgər bu iddianı qəbul edərsə, məhkəmə də hüquqi savadsızlığını göstərmiş olar. Bütün dünyada media həmin sosial şəbəkə məlumatlarından sərbəst istifadə edir. Konkret olaraq, qonşu Türkiyədə də bir çox xəbər kanalları sosial şəbəkələrdən (X, FB və s.) götürdükləri sitatları nəinki yayır, həm də onların ətrafında müzakirələr təşkil edirlər. Axı, sosial şəbəkə və ya sosial media açıq platformadır, orada yazılanlar, deyilənlər istifadəçinin öz  mövqeyini artıq könüllü olaraq kütləviləşdirdiyinə sübutdur. Şərəf vı ləyaqətin müdafiəsi haqqında qanunvericilikdə aydın şəkildə deyilir ki, əgər hər hansı məlumat mediada və ya kütləvi çıxışda və s. yayımlanmışdırsa, onda hüquqi mübahisə predmeti ola bilər. Əgər statusu olan hər hansı bir şəxs, bu məlumatı artıq özünün gizli olmayan, yəni açıq platformasında yayımsa, bu məlumat de- fakto artıq yayımlanmış sayılır və bundan sinra jurnalist təkzib olunmamış bu fakt və ya məlumatı çalışdığı mediada yayırsa, niyə də məsuliyyət daşımalıdır ki?! Sadəcə, sitatı yaymaq istəyən jurnalist zərurət bilərsə, həmin məlumatı yaymış mənbəni məlumatlandıra və yazısını təkmilləşdirə bilər. Etməsə belə, bu qəbahət sayıla bilməz. Bu hal sırf etik məqamdır... Ancaq heç bir halda bunda da hüquqi məsuliyyət faktı yoxdur... Əgər barəsində məlumat yayılmış şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin artıq açıq sosial platformada ictimailəşmiş faktlardan narazılığı olarsa, ilkin mənbəyə və ya onu sonradan yayımlamış mediaya təkzibini, mövqeyini bildirə bilər. Məsələ belə sadə... Son olaraq: hamının oxuduğu, gördüyü və müzakirə açdığı məlumatı jurnalist yayanda nə baş verir ki?! Başqaları sosial mediada yayanda hər şey qaydasında olur, amma jurnalist yayanda hüquqi məsuliyyət yaranır?!".

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN