… Fiziki şəxs kimi vöen açaraq mənzil tikintisi ilə məşğul olmuş Şakir Hüseyn oğlu Hüseynov və qardaşı, digər komanda üzvləri istintaqın qərarı ilə həbs olunur…

Təxminən 125 zərərçəkmiş şəxsi aldadan dəstə üzvləri onların milyonlarla manat pul vəsaitini ələ keçirir, dövlət büdcəsini on milyonlarla manat vergi borcu ilə aldadır və s.   Amma maraqlıdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsi həmin vaxt Şakir Hüseynovun və qardaşı Vidadi Hüseynovun bütün daşınar-daşınmaz əmlaklarına həbs qoysa da, sonradan məhkəmə guya «zərərin ödənilməsinə söz verilmişdir» bəhanəsi ilə onları ev dustaqlığına buraxır. Lakin Şakir Hüseynov bu dəfə məhkəmə hakimlərini də aldadır, vəd yerinə yetirilmir. Vətəndaşların Prezident Administrasiyasına kütləvi, eləcə qeyd olunan hökmdən Bakı Apellyasiya Məhkəməsinə şikayətlərindən sonra dəstə üzvlərinə ən ağır cəza təyin edilir, hamısı həbs olunur. Şakir Hüseynov bu dərdə dözmür və həbsxanada müəmmalı şəkildə dünyasını dəyişir…

 Prezident Administrasiyasının «qara siyahı»sında adı keçən Şakir Hüseynov…

 O vaxt bu şəxsin mənzil tikintisi fəaliyyətini qısa olaraq hamı «Şakir»in MTK-sı kimi tanıyırmış. Amma təəssüflər olsun, bu ad istintaq sənədlərində və məhkəmə qərarlarında, hökmlərdə yaxşı mənada səslənməyib. Məsələn, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının
Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun “Azərbaycan” qəzetinin 1 yanvar 2008-ci il tarixli sayında (səh. 4-5) çap olunmuş «Vətəndaşların müraciətləri xalqın öz Prezidentinə inamının və böyük quruculuq işlərinin əks-sədasıdır» məqaləsindəki «Kollektiv müraciətlər daha həssas yanaşma tələb edir» yarımbaşlığında yazılır: «…Azərbaycan Respublikası Prezidentinə və onun İcra Aparatına ünvanlanmış müraciətlərin bir qismi kollektiv müraciətlər olub, mövzu etibarilə ən müxtəlif məsələləri əhatə edir. Bu müraciətlər daha həssas yanaşma və qaldırılan problemlərin operativ həllini tələb edir… Kollektiv müraciətlər arasında şikayətlər də az deyildir… Ölkə Prezidenti Nazirlər Kabinetinin 2007-ci il oktyabrın 22-də keçirilən iclasında bu barədə çox kəskin danışaraq qeyd etmişdir: "Qanunsuz binalar tikilir. Necə ola bilər ki, qanunsuz bina tikilsin? Axı bu, mümkün deyil! Qanunsuz binanı tikən qanunu pozur. Qanunu pozursa, cinayət məsuliyyətinə cəlb olunmalıdır. Qanunsuz binaların tikintisinə göz yuman da cinayət məsuliyyətinə cəlb olunmalıdır, yəni bu sahəyə biz çox diqqət göstərməliyik. Özbaşınalığın hamısını aradan qaldırmalıyıq. Burada qayda-qanun yaratmalıyıq... Bütün evlər təhlükəsizlik normalarına uyğun olmalıdır. Onların gözəl memarlıq cəhətləri olmalıdır, binalar tikilən yerlərin əraziləri buna uyğun olmalıdır. Şəhərin baş planına uyğun aparılmalıdır və qanunsuz bir dənə köşk də tikilməməlidir"».

hokm
 S.İsmayılov daha sonra «Qeyd etmək lazımdır ki, belə tikintilərlə əlaqədar kollektiv müraciətlərdə mənzil tikintisi ilə məşğul olan şirkətlərin böyük əksəriyyətinin adı çəkilir…» yazaraq qanunsuz tikintilərlə məşğul olan, vətəndaşları aldadan, kütləvi şikayətlərə məcbur edən MTK-ların adını çəkir. Bu sırada fiziki şəxs, o vaxt barəsində dələduzluq maddəsi ilə cinayət işi başlanmış, məhkəmə hökmü ilə azadlıqdan məhrum edilmiş Şakir Hüseyn oğlu Hüseynovun adı birincilərdən olur. Sitat: «…Bu şirkətlərin bir çoxu barəsində inzibati tədbirlər görülmüş, apardıqları tikinti işləri dayandırılmış və onlara ciddi xəbərdarlıq edilmişdir. Təəssüf ki, Bakı Şəhər İcra Hakimiyyətinin bu müraciətlərlə əlaqədar gördüyü tədbirlər çox vaxt qaneedici olmur və nəticədə eyni məzmunlu təkrar kollektiv müraciətlər daxil olur. Bəzi hallarda Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən belə tikintilərin dayandırıldığı barədə məlumat verilsə də, həmin tikintilərdə iş dayandırılmır və ayrı-ayrı tikinti şirkətləri özbaşınalıqlarını davam etdirirlər…».

***

«Təzadlar» qəzeti redaksiyasına müraciət edən şikayətçilərin təqdim etdikləri sənədlər emal edilərkən dəhşətli faktlarla rastlaşırıq. Ortaya çoxsaylı suallar çıxır: Tural Şakir oğlu Hüseynov 2016-ci ildə, yəni atası Şakir Hüseynov həbsxanada dünyasını dəyişəndən sonra «Şakir» adlı MTK yaradır… Olsun! Amma necə olur və hansı hüquqi əsaslarla o, 2005-ci ildən başlanmış, tikilmiş, eləcə də «Qarabağ» MTK-ya və digərlərinə mənsub olan əmlakları bu şirkətin adına çıxır, ələ keçirə bilir? Axı fiziki şəxs Ş.Hüseynovun vöeni qanunsuz fəaliyyətinə dair cinayət işi başlandıqdan və məhkəmə hökmü çıxarılandan sonra ləğv edilib, adına və himayəsinə alınmış bütün əmlaklarına məhkəmə hökmü ilə həbs qoyulub, zərərçəkmişlərə verilməsi qət edilib.

Biz hələ onu demirik ki və bu barədə sonra ətraflı bəhs ediləcək, zərərçəkmiş vətəndaşların istintaqa, sonralar məhkəməyə verdikləri ifadələrində bir daha bildirirlər ki, pullarımızı Tural Hüseynova verirdik… Amma ata həbs edilir, onun sağ əli, icraçı direktor kimi özünü təqdim edən Tural Hüseynov isə azadlıqda qalır???

-Başqa və daha düşündürücü sual: bəs «Qarabağ» MTK-nın rəhbəri Telman Hüseynov necə və nə üçün həbs etdirilib? Axı o həbsdən buraxılır və ziyanın ödənilməsinə təhkim edilir…

-Telman Hüseynov şərikləri tərəfindən necə aldadılıb? Sənədlər de-fakto indi nəyi deyir?

«Təzadlar»ın Araşdırma Qrupuna təqdim olunmuş sənədlər var ki, FHN təhvil verilmiş tikintilərlə bağlı sərəncamı «Qarabağ» MTK-ya təqdim edib… Bəs «Şakir» MTK hardan əmələ gəlib???

-Başqa, həm də eyni ciddiliyi ilə bir sual cavab istəyir: vaxtilə Şakir Hüseyn oğlu Hüseynovun vəkili olmuş Ağa Xanış oğlu Sailov hazırda həbsxanada yatır. Onu kim və nə üçün həbs etdirib? İstintaqa şikayət verən kimdir, onun ittihamları nə dərəcədə hüquqi əsaslı olub???

(Davamı var)

«Təzadlar»ın Araşdırma Qrupu

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN