"Təzadlar" hələ dekabrın 11-də "Baku Event" adlı turizm şirkətinin Yeni ili Şuşada qarşılamaq istəyənlərin 2 günlük yolçuluğuna 3500 manat təklif etməsindən yazmışdı. Məsələyə aydınlıq gətirməsi üçün Dövlət Turizm Agentliyi media xidmətinin rəhbəri Gülnar Mustafayeva ilə də əlaqə saxlamışdıq... Soruşmuşduq ki, bu nə hoqqadır? Xanım söz vermişdi ki, qısa vaxtda aydınlaşdırıb bizə məlumat verəcək... Bu günədək xəbər verməyib... Yaxşı edir, mediaya niyə də xəbər verməlidirlər?! Camaat pul qazanır, media da özünə süni problem... Sözümün mənası var: Şuşa 1992-ci ilin mayında ermənilər tərəfindən işğal edilib. Ta 2020-ci ilin 8 noyabrınadək. Ermənistan mediasında hələ də axtarış aparırırq ki, görək, bu dığalar Şuşaya 28 illik işğal dövründə turist daşıyıblar, Yeni ili qarşılayıblar. Onlar da turistlərə 3500 manat ekvivalentində, özü də 2 günə, belə xidmət təklif ediblər? Baxırıq ki, yox! Şuşaya turist səfəri pulsuz olub. Ki, bu şəhərdə kütləvilik artsın, gəlib- gedən çox olsun...
Nə deyək, indi özünüz nəticə çıxarın...
"Təzadlar"