...2023- cü illə vidalaşmağa bir gün qaldı...

Amma bu il Azərbaycanın şanlı tarixinə qızıl hərflərlə yazılacaq hadisələr baş verdi. Ən vacibi, Azərbaycan Qarabağdakı separatizmə birdəfəlik son qoydu, uzun illərdən sonra Xankəndi Azərbaycan şəhəri və yurdu kimi bizi qarşıladı. Torpaqlarımızda qara yaraya çevrilmiş, separatizmin qaynar ocağına çevrilmiş qondarma "DQR" görbagor oldu, keçmiş və indiki rəhbərləri həbs edilərək Azərbaycan DTX nin istintaq təcridxanasına salındı...
Nəhayət, 8 noyabr Zəfər Paradımız Xankəndidə, özü də Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə keçirildi!
XXX
Bunlar bu ilimizin vacib tarixi anlarının qısa təqdimatıdır! Sabahdan - dekabrın 31-dən isə Azərbaycanda bir həftə ardıcıl iş olmayacaq. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü ilin 4 və 5 yanvar iş günləri ilə müvafiq olaraq 2023-cü ilin 30 dekabr və 2024-cü ilin 7 yanvar istirahət günlərinin yerləri dəyişdirilib. 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, 1 və 2 yanvar isə Yeni il bayramıdır. Bu il 30 dekabr şənbə, 2023-cü ilin 31 dekabr və 2024-cü ilin 7 yanvar tarixləri bazar günlərinə təsadüf edir. 2024- cü il yanvarın 6-sı şənbə gününə təsadüf etdiyi üçün Yeni ildə bir həftə - 31 dekabr 2023-cü il 1, 2, 3, 4, 5 və 6 yanvar 2024-cü il qeyri-iş günü olacaq. Yeni ilin ilk iş günü isə yanvarın 7-də olacaq.

Yeni ilimiz uğurlu olsun! 

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN