Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bağlamaq üçün ciddi maneə yoxdur, amma Fransa hələ dəsakit dayanmır...

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev "TRT World" telekanalına müsahibəsində bu və ya digər suallara aydınlıq gətirib. Hikmət Hacıyev müsahibəsində deyib ki,  Azərbaycan Prezidenti İlham Əliyevin Sankt-Peterburqda MDB dövlət başçılarının görüşü çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla qeyri-rəsmi söhbəti Azərbaycan tərəfindən iki ölkə arasında sülh gündəliyinin təşviqi istiqamətində səmərəli və konstruktiv təmas kimi qiymətləndirilib. Sitat: "Biz iki ölkə arasında sülh müqaviləsinin bağlanması üçün əlavə ciddi maneə görmürük. Konkret tarixlər barədə danışmaq bir az çətindir, çünki prosesi başa çatdırmaq üçün Ermənistan və Azərbaycan arasında hələ də əlavə danışıqlara ehtiyac var".

Bəli, sülh müqaviləsi iki ölkə rəhbərlərinin birbaşa təmaslarından keçməlidir. Üçüncü tərəf varsa, deməli, suallar və problemlər də çoxtərəfli olacaq. Vaxtilə ATƏT- in Minsk Qrupunun 20 ildən çox müddətdə heç bir iş görməməsi kimi. Görə bilərdilər, amma görmədilər. Nəhayət, Azərbaycan ABŞ, Fransa və Rusiyanın əvızinə özü Ermənistanla birbaşa meydana çıxmalı oldu. Amma siyasət deyil, döyüş meydanına. Və problem də Ermənistanın təslimçiliyi ilə sona verildi... İndi hamı sakitləşib, təkcə Fransadan başqa... Amma əbəs yerə! Ermənistana da sakit yaşamaq lazımdır...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN