"Ermənistanla Azərbaycan arasında sülh sazişi layihəsində 13 maddə və preambula tam razılaşdırılıb"
Bu sözlər Paşinyana məxsusdur... Tezadlar.az "Sputnik Armeniya"ya istinadla bildirir ki, baş nazir Nikol Paşinyan “İrəvan dialoqu” forumunda çıxışı zamanı onu da deyib ki, 16 maddədən üçü qismən razılaşdırılıb. O hesab edir ki, bu, təsdiqlənmiş sənədə malik olmağa və ona uyğun irəliləməyə imkan verəcək. Paşinyan bildirib ki, Cənubi Qafqazda sülh nəinki mümkündür, həm də realdır.
Təki Paşinyanın dediyi olsun! Olmasa belə, Azərbaycan bu yola sadiqdir və əlindən gələni edəcək ki, bu arzulanan sülh, nəhayət, Cənubi Qafqaza gəlsin. Həm də hakim olsun...
A.Məmmədli