Almaniyada yüz ildən çox yaşayan azı 16 min 800 nəfər qeydə alınıb – 2022-ci ilin siyahıyaalınmaya əsasən.

 2011-ci ildə aparılan öncəki siyahıyaalmada bu göstərici 13 min 400 nəfər olub.  Beləliklə, ötən dövr ərzində Almaniyada yaşı yüzü keçən vətəndaşların sayında 25 faizlik artım qeydə alınıb.

Ekspertlər yaşlı insanların sayının artmasını həyat şəraitinin yaxşılaşması və tibb sahəsində tərəqqi ilə izah edirlər.

Həmçinin məlum olub ki, qadınların ömrü kişilərdən daha uzundur. Belə ki, yaşı yüzü ötən insanların yalnız 15 faizi kişilərdir. Uzunömürlülər ən çox Hamburq, Şlezviq-Holşteyn və Saksoniya federal torpaqlarında yaşayırlar. Yaşlı insanların ən çox olduğu şəhər isə hər 10 min nəfərə 4,6 uzunömürlünün düşdüyü Vürzburqudur (Bavariya federal torpağı).

 2024-cü ildə “World of Statistcs”in apardığı araşdırmaya əsasən isə Honkonqda, Makaoda insanlar ortalama 85 il yaşayır

Daha sonra isə siyahıda Yaponiya, Cənubi Koreya, İsveçrə  gəlir – orta  ömür 84, Sinqapur, Norveç, Avstraliya, İspaniya, İslandiyada isə 83 yaş. 

 

Hazırda Azərbaycanda yaşı 100 və 100-dən çox 270 nəfər yaşayır

 

Azərbaycanda 90 yaşına çatmış insan uzunömürlü hesab edilir. Dünya üzrə bu yaş həddi 100-dür. Azərbaycanda uzunömürlülərə xüsusilə dağlıq rayonlarda rast gəlinir. Əsasən cənub bölgəsində, İsmayıllı, Tovuz, Gədəbəy, Quba, rayonlarında üstünlük təşkil edirlər. 

"Hər kim yüz il yaşamasa" adlı kitabda Gədəbəyin 100 yaşlıları haqqında ətraflı məlumat verilir. Kitabda 100 yaşı keçən qadınlar üstünlük təşkil edir. 

Azərbaycan Milli Elmlər Akademiyasının Fizialogiya İnstitutunda "Uzunömürlülüyün fizialogiyası" laboratoriyası fəliyyət göstərir.

1999-cu ildə aparılan əhalinin siyahıyaalınmasının nəticələrinə görə, yaşı 90-dan çox olan insanların sayı azalıb. Azərbaycanda 90–94 yaşlı insanların sayı 7125 nəfər (onun 5442-si qadındır), yaşı 100-dən çox olan insanların sayı 1664 (1141-i qadın, 223-ü kişi) nəfər olub. Uzunömürlü sakinlərin çoxu — 1354-ü kənddə, 310-u şəhərdə yaşayıb.

2009-cu ildə aparılan siyahıyaalınmasının nəticələrinə görə, ölkədə 90–94 yaşlı insanların sayı azalaraq, 4363-ə enib (onun 3417-si qadındır). Ölkədə yaşı 100-dən çox olan insanların sayı 1143-ə qədər (Onların 1043-ü qadın olub) azalıb.

2013-cü ildə uzunömürlülərin sayı bir qədər də azalıb. Aparılan statistikaya görə, 100 və yuxarı yaşda olan şəxslərin sayı 838 nəfər olub. Uzunömürlülər siyahısına isə daha çox qadınlar düşüb. Belə ki, onların 24 nəfəri kişi, 814 nəfəri qadındır.

2024-cü ilin məlumatına görə, Azərbaycanda yaşı 100 və 100-dən çox 270 nəfər pensiyaçı var. Onlardan 234 nəfərini qadın, 36 nəfərini kişi təşkil edir.

Azərbaycanda orta ömür həddi 70,7 ildir.

Xatırladaq ki, ölkəmizdə Şirəli Müslümov ən uzunömürlü şəxs olub – o düz 168 il (1805–1973) yaşayıb.

 

JASMİN

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN