"Amerika Birləşmiş Ştatları "Gürcü Arzusu"nun fəxri sədri Bidzina İvanişviliyə sanksiya paketi hazırlayıb və yaxın gələcəkdə onun tətbiqini nəzərdən keçirəcək".

Tezadlar.az  "Amerikanın səsi" agentliyinə istinadla bildirir ki, sözügedən məlumatı Amerikanın səsi”nə ABŞ hökumətinin iki yüksək rütbəli məmuru və administrasiyaya yaxın iki mənbə təsdiqləyib. Burada qeyd edilir ki, sanksiyalar paketi üzərində işlərə ABŞ Maliyyə Nazirliyi və Dövlət Departamentləri rəhbərlik edəcək. "Bizdə məlumat var ki, Bidzina İvanişvili rus oliqarxları ilə münasibətləri inkişaf etdirmək üçün addımlar atıb. Rusiyanın Gürcüstan bazarına daha yaxşı çıxışı üçün şərait yaradıb. Faktiki olaraq o, Rusiya kəşfiyyatının göstərişi ilə müəyyən hərəkətlər edib”, - deyə Amerika hökumətinin yüksək rütbəli rəsmisi bildirib.

Qeyd edək ki, ABŞ administrasiyasının yüksək vəzifəli şəxsləri sanksiyaların nə vaxt həyata keçiriləcəyini barədə məlumat verməyiblər.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN