Sentyabrın 19- da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunda görülən işlərlə tanış olmuşdur...

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verib...  Onu da deyək ki, Prezident İlham Əliyevin 2024-cü il 13 yanvar tarixli Sərəncamı ilə Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunun yenidən qurulması işləri sürətlə davam etdirilir.

Bildirildi ki, uzunluğu 33,6 kilometr olan yolda 5 körpünün, 2 keçidin, suötürücü boruların tikintisi və digər infrastruktur işləri görülür. Yol bölgədə gediş-gəlişi asanlaşdıracaq, kənd təsərrüfatının, turizmin inkişafına əhəmiyyətli təsir göstərəcək. Avtomobil yolu Bərdə istiqamətindən Xankəndi, Şuşa və Laçın şəhərlərinə getmək istəyən sürücü və sərnişinlərin Ağdam şəhərinə daxil olmadan bu dairəvi yoldan istifadə edərək sürətlə və təhlükəsiz hərəkətlərini davam etdirmələrinə imkan verəcək.

XXX 

...Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunun yenidən qurulması tezliklə regionda turizmi canlandıracaq... Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Avtomobil Yollarının İstismarı və Təmiri baş idarəsinin böyük mütəxəssisi Məmməd Məmmədov mediaya açıqlamasında bildirib. Agentlik rəsmisinin sözlərinə görə, sözügedən yol Qarabağın inkişaf planına uyğun olaraq, 1-ci və 2-ci texniki dərəcə əsasında layihələndirilir:  "Dövlət başçısının müvafiq sərəncamı ilə Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunun yenidən qurulması sürətlə davam etdirilir. Avtomobil yolu Bərdə-Ağdam yolunun 40-cı kilometrindən ayrılır və ümumi uzunluğu 33,6 kilometrdir. Qarabağın inkişaf planına uyğun olaraq, avtomobil yolu 1-ci və 2-ci texniki dərəcə əsasında layihələndirilir. Yolun təqribən 12 kilometrlik hissəsi 2-ci dərəcəyə uyğun yenidən qurulur”.

 

50806838-0c19-4246-a074-1b18d1b6266eAgentlik rəsmisi hazırda avtomobil yolunda aparılan işlərin gedişi və texniki göstəricilər haqqında da məlumat verib: "Bu hissədə torpaq yatağının eni 15 metr, zolaqların sayı 2, hərəkət hissəsinin ümumi eni isə 7,5 metr olacaq. Avtomobil yolunun 21,6 kilometrlik hissəsi xüsusi texniki dərəcəyə uyğun qaydada yenidən qurulur. Bu hissədə torpaq yatağının eni 26,5 metr, hərəkət hissəsinin ümumi eni 15 metr, hərəkət zolaqlarının sayı 2 gediş, 21 gəliş olmaqla, 4 hissədən ibarət olacaq. Ümumiyyətlə, yol boyu su ötürücü boruların tikintisi, eləcə də keçid və 5 ədəd körpünün inşası nəzərdə tutulub”.

M. Məmmədov həmçinin qeyd edib ki, yolun təmirindən sonra bu istiqamətdə hərəkətin intensivliyi artacaq: "Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunun yenidən qurulması regionda gediş-gəlişi asanlaşdırmaqla yanaşı, Xankəndiyə gedərkən Ağdam şəhərinə daxil olmadan rahat və sürətli hərəkəti təmin edəcək. Eləcə də bu yolun yenidən qurulması regionda turizmi canlandıracaq və kənd təsərrüfatı üçün də çox faydalı olacaq”.

Bəli, bu yol həm də düşmənin sinəsinə çəkilən dağdır! 

Yolumuz açıq olsun!

Elbar Şirinov

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN