"Avropa İttifaqı (Aİ) Gürcüstan rəhbərliyi ilə bütün görüşləri dayandırıb".

Tezadlar.az xəbər verir ki, bunu Avropa İttifaqının Tbilisidəki səfiri Pavel Herçinski bəyan edib. Herçinski Gürcüstanı Aİ-ya üzv olmaq prosesinin dayandırılması ilə hədələyib. Sitat: “Bu ilin iyun ayında biz üzv dövlətlərlə Avropa İttifaqına qarşı qeyri-dost hesab etdiyimiz Gürcüstan hakimiyyətinin münasibətinə necə yanaşmaq barədə daxili müzakirə apardıq. Həmçinin, biz anti-Qərb və anti-Avropa povestinə, təbliğatına və konspirasiya nəzəriyyəsinə necə yanaşmalı olduğumuzu müzakirə etdik. Avropa İttifaqı olaraq Gürcüstanın hazırkı hökuməti ilə yüksək səviyyəli əlaqə saxlamamağa qərar verdik və buna görə son aylarda Gürcüstana yüksək səviyyəli səfərlər olmayıb. Brüsseldə də Gürcüstan hökumətinin nümayəndələri ilə yüksək səviyyəli görüşlər olmayıb. Bir daha təkrar edirəm, Avropa İttifaqının təsisatları Gürcüstan hökumətinin nümayəndələri ilə bütün yüksək səviyyəli görüşləri dayandırmaq qərarına gəliblər”.

Səfir Gürcüstanın birpartiyalı dövlətə çevriləcəyi, siyasi müxalifətin qadağan ediləcəyi, vətəndaş cəmiyyətinin xaricə qaçmağa məcbur olacağı, azlıqların hüquqlarının qorunmadığı təqdirdə Gürcüstan Avropa İttifaqının üzvü ola bilməyəcəyini deyib.

Tezadlar.az xatırladır ki, Gürcüstanın indiki siyasi mövqeyi ilə bağlı ölkənin prezidenti ilə baş nazir komandası arasında ciddi fikir ayrılığı var. Bu fikir ayrılığı isə Gürcüstanı Avropa ailəsindən ayırmaqdadır...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN