Avropa İttifaqı Çindən gələn elektrik avtomobillərinə yüksək tariflər tətbiqinə səs verir...
Tezadlar.az Bloomberg-ə istinadla bildirir ki, Aİ rəsmiləri bu gün oktyabrın 4-də Çindən gələn elektrik avtomobillərinə 45%-ə qədər rüsum tariflərinin tətbiqi üçün səs veriblər ki, bu qanun da qüvvəyə minərsə, Pekinlə ticarət gərginliyi artacaq. Bloomberg agentliyi rəsmi mənbələrə istinadən yazır ki, Avropa İttifaqına üzv 10 ölkə bu tədbirin lehinə səs verib, Almaniya və daha dörd dövlət isə bunun əleyhinə, 12 dövlət isə bitərəf qalıb. Bu qərar tariflərin son icrasına yol açır. Agentliyin anonimlik şərti ilə danışan həmsöhbəti bildirib ki, Avropa Komissiyası artıq beş il müddətində qüvvədə olacaq tarifləri tətbiq etməyə başlaya bilər. Komissiya Çinin Aİ-nin narahatlığını aradan qaldıracağı təqdirdə tariflərin ləğv edilə biləcəyini söyləyib. Bununla da Aİ rəsmiləri Çinin öz sənayesini ədalətsiz subsidiyaladığını aşkar edən araşdırmadan sonra səs verib. Rəsmi Pekin isə bu iddianı rədd edir və Avropaya ixrac edilən süd, konyak, donuz əti və avtomobil sənayesinə öz yüksək tariflərini tətbiq etməklə hədələyib.
Beləliklə, Avropa bununla da fəal şəkildə Çindən asılılığını azaltmağa çalışır və Avropa Mərkəzi Bankının keçmiş prezidenti Mario Draghi də keçən ay Çindən gələn rəqabətin Aİ üçün təhlükə yaratdığı barədə xəbərdarlıq etmişdir. Beləliklə, Çinin Avropa bazarını da ələ keçirdiyi barədə təhlükələr nəzərdən keçirilməkdədir...
A.Məmmədli