İsrail İranın raket hücumuna cavab olaraq ona zərbə endirmək planlarından əl çəkmir, bu, o qədər “ölümcül və gözlənilməz” olacaq ki, iranlıların nə baş verdiyini anlamağa vaxtı olmayacaq.
Tezadlar.az xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qalant ölkəsinin hərbi kəşfiyyat bölmələrindən biri ilə görüşündə bildirib. “İranın hücumu aqressiv, lakin qeyri-dəqiq idi. Bizim hücumumuz isə əksinə, ölümcül, son dərəcə dəqiq və ən əsası gözlənilməz olacaq. İranlıların nə başa verdiyini anlamağa vaxtı olmayacaq. Onlar sadəcə nəticələri görəcəklər”, - nazir vurğulayıb.
İranın siyasi və hərbi rəhbərliyi isə İsrailin külünü göyə sovurmaqla hədələməkdədir. Amma siyasi ekspertlər isə İranın İsrailə dağıdıcı zərbələr endirməkdən çəkindiyini açıq deyirlər. Faktdır ki, İsrailin arxasında ABŞ və əksər Avropa ölkələri dayanır...
A.Məmmədli