İranın maraqlarını qorumaq üçün heç bir qırmızı xətləri yoxdur.

Bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

“ABŞ İsrailə rekord miqdarda silah tədarük edib. İndi onlar öz əsgərlərini Amerika raket sistemlərinə nəzarət etmək üçün İsrailə göndərməklə onların həyatını riskə atacaqlar. Biz son günlər regionumuzda genişmiqyaslı müharibənin qarşısını almaq üçün böyük səylər göstərmişik. Aydındır ki, xalqımızı və maraqlarımızı qorumaqda qırmızı xətlərimiz yoxdur”, - o, X sosial şəbəkəsində yazıb.

Qeyd edək ki, İran Hərbi Dəniz Qüvvələrinin komandanı Alirez Tanqsirib bildirib ki, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrail ordusu ilə birbaşa toqquşma olacağı təqdirdə bir neçə plan hazırlayıb.

 

trend

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN