Xəbər verdiyimiz ADA Universitetində "Təzadlar"ın əməkdaşı Elçin Məmmədlinin də iştirak etdiyi "Su və gender bərabərliyi" mövzusunda keçirilən konfrans öz işini davam etdirir...
E.Məmmədli bildirir ki, konfransda maraqlı fikirlər və təkliflər səsləndirilməkdədir:
- Belə ki, qadınların su resurslarının idarə edilməsinə cəlb olunması bu sahədə problemlərin həlli istiqamətində nəticələrə müsbət təsir edə biləcəyindən danışan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova əlavə etdi ki, dünyada olduğu kimi, Azərbaycanda da təmiz və keyfiyyətli su ilə bağlı ciddi problemlər var. Sitat: "COP29 çərçivəsində qəbul olunan qərarlar bütün dünyada suya çıxışın olmasını əlçatan edəcək. Qadınların su resurslarına cəlb olunması, burada qərarların qəbuluna təsiri müsbət rol oynaya bilər. Bunun üçün onlar mütəxəssis hazırlığına cəlb olunmalıdır. Bunun üçün xüsusi proqramlar, layihələr işlənməlidir. Və ehtiyaclarının öyrənilməsi, buna dair elmi tədqiqatların aparılması və paralel olaraq gender bərabərliyini bu sahədə qorunması qarşıya qoyulan məqsədlərdən biridir. Bu barədə düşünməyə dəyər...".
Konfrans hazırda panel müzakirələrlə davam edir...
Y.Məmmədli