İş yerində bədbəxt hadisədən ölən işçilərin ailə üzvlərinə verilən kompensasiyanın miqdarı, sən demə, SOCAR-da ən yüksək imiş. Hətta, deyərdim ki, fantastik dərəcədə…
Neftçilərin Hüquqlarını Müdafiə İB-nin sədri Mirvari Qəhrəmanqlı bu barədə sualımızı belə cavablandırdı:
-Neftçilərin bunları bilməsi olduqca vacibdir. Məsələn, 2020-ci ildə SOCAR tərəfindən işçilərə olunmuş (olunası) maddi yardım:
-İşçi vəfat etdikdə onun ailə üzvlərindən birinə - minimum əmək haqqının 20 misli həcmində olmaqla cəmi: -1 milyon 312 min 500,00 man.
-İşçi hərbi xidmətə cəlb olunmaqla Qarabağ müharibəsində həlak olduqda (bilavasitə hərbi əməliyyatlarla əlaqədar) işçinin ailə üzvlərindən birinə - minimum əmək haqqının 40 misli həcmində- cəmi: 40 min man.
-İşçinin ailə üzvü vəfat etdikdə- cəmi: 1 milyon 688 min 850,00 man.
-Qarabağ müharibəsi və 20 yanvar hadisələrində həlak olmuş işçinin 18 (əyani ali təhsil alırsa, 23) yaşa çatanadək uşaqların hər birinə ayda verilən kompensasiya-cəmi: -15 min man.
-İşçi vəfat etdikdə onun azyaşlı uşaqları 18 (əyani ali təhsil alırsa 23) yaşa çatanadək hər birinə ayda- verilən kompensasiya-cəmi: 6 milyon 438 min 411,00 man. Ödənilib. Beləliklə,
2020-ci ildə işçilərə bu təyinatlar üzrə cəmi 1 milyard 312 min 500,00 manat kompensasiya ödənilib.
***
M.Qəhrəmanlı həm də bildirdi ki, 2020-ci ildə SOCAR-ın xeyriyyə, sosial və sponsor yardımı üzrə ödəmələri bu qədər olub (manatla):
-İdmana- 14 milyon;
-Maliyyə assosiasiyaları və həmkarlar ittifaqlarına-493 min 873,53;
-Təhsilə -4900,00;
-Mədəniyyət və incəsənət-750 min 031,00;
-Fərdlərə göstərilən maddi yardımlar- 10 milyon 167 min 554,00;
-Səhiyyəyə -28 milyon 450 min 252,64;
Cəmi: 53 milyon 866 min 611,17 manat…
Varlığa nə darlıq?! Və bunları görəndə adam neftçi olmaq istəyir, öləndə də çürük estakadalardan yıxılıb dənizdə boğulub öləsən ki...
Təqdim etdi: A.Məmmədli