Ermənistan sosial media istifadəçiləri neçə gündür Azərbaycan ordusunun Qafan şəhəri yaxınlığında yerləşən Pela (Ağdağ - red.) təpəsinə nəzarəti ələ keçirdiyini yazıb, müzakirə edirlər.

Belə ki, iki gün əvvəl isə "Ermənistan" blokunun deputatı Anna Qriqoryan bu barədə ilk dəfə bəyan edib. Müxalifətçi deputatın açıqlamaları şərhsiz qalıb. Amma bu gün analoji bəyanatı Qafan icmasının rəhbəri Gevorq Parsyan səsləndirib. O iddia edib ki, bu strateji yüksəkliyin Azərbaycan tərəfinə verilməsi ilə bağlı razılaşma 2021-ci ilin qışında əldə edilib, lakin rəsmən açıqlanmayıb. Parsyan qeyd edir ki, hündürlük üzərində nəzarət qurulduqdan sonra Azərbaycan tərəfi yolun bitişik hissəsini bağlayıb. Lakin Ermənistan Milli Təhlükəsizlik Xidməti erməni deputatın və məmurun açıqlamalarını tezliklə təkzib edib. Qurum bu ərazidə heç bir mövqe dəyişikliyinin baş vermədiyini bəyan edib. "Ermənistan Respublikasının sərhəd qoşunları göstərilən ərazidə dövlət sərhədini qorumağa davam edir", - deyə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin məlumatında belə deyilir.

 Od olmayan yerdən tüstü çıxmaz. Ermənistanda yaxşı bilirlər ki, Azərbaycan ordusu tezliklə daha bir sıra yüksəkliklərə nəzarəti ələ keçirəcək. Çünki hədəf Zəngəzurun bütün ərazisi, Göyçə gölüdür... 

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN