"Mən Mixeil Saakaşvilinin saxlanma şəraitindən narahatam".

Bu sözləri Gürcüstanda səfərdə olan Avropa parlamentinin üzvü Ana Potika deyib. A.Potika həbsdə saxlanılan sabiq prezident Mixeil Saakaşvili ilə görüşmək istəsə də ona icazə verilməyib. Daha sonra, jurnlasitlərin suallarını cavablandıran Avropa parlamentinin üzvü bunları deyib: "Mən Avropa Parlamenti üçün gördüyüm işin dəyərini yaxşı anlayıram. Bu, Gürcüstana gələndə nəzərə aldığım ssenarilərdən biri idi. Bu görüş faydalı ola bilərdi. Hesab edirəm ki, çox təhlükəli hal alan bu vəziyyətdən hələ də çıxış yolu var, bunun üçün xoş iradə lazımdır. Məhbus hər hansı ekstrimal qərar qəbul edərsə, bu halda məsuliyyət daha çox hakim partiyanın üzərinə düşür. Saakaşvilinin uzun sürən aclıq aksiyasından və onun səhətindən narahatam. Hər hansı bir tərəfdə dayanmaq mənim işim deyil, sadəcə sizin ölkənizə yardım etmək istəyirəm. Mixeil bəy, özünüzü güclü hiss edin. Biz sizin yanınızdayıq", - deyə Avroparlamentar A. Potika bildirib. Qeyd edək ki, Avropa Parlamentinin digər üzvü, Rasa İoknevieç də Ana Potikanın Saakaşvili ilə görüşə buraxılmamasını tənqid edib. O, görüşə icazə verilməməsini hakim partiyanın çirkin davranışı adlandırıb.

Hələki Saakaşvilinin səhhətində problemlər qalır və dünyanın əsas hüquq müdafiə təşkilatları onun azad olunmasını  tələb edirlər...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN