Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün parlamentin iclasında sensasion etirafda bulunub…

«Ermənistan uzun illər Dağlıq Qarabağ məsələsində beynəlxalq ictimaiyyətin mövqeyini ədalətsiz hesab edirdi və Azərbaycanın mövqeyinə heç vaxt qulaq asmayıb», -deyən Paşinyan parlament üzvlərinin suallarını cavablandırıb ("Sputnik Armeniya").

 Onun sözlərinə görə, nəticədə müəyyən andan etibarən Ermənistanın özünün də mövqeyi beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmayıb. Paşinyan bildirib ki, onun bu sözləri özünütənqid kimi də qəbul edilə bilər. Baş nazir əmindir ki, beynəlxalq gündəm və beynəlxalq əhəmiyyət kəsb edən məsələləri təkcə öz meyarları ilə ölçmək mümkün deyil. "İndi sual ondan ibarətdir ki, biz qərar qəbul etmək istəyirik, ya yox. Ermənistan hökumətinin missiyası qərar qəbul etməkdir. Amma deyilənlər o demək deyil ki, hər hansı həll yolu bizim üçün məqbuldur", - o əlavə edib.

Paşinyan xüsusi olaraq qeyd edib ki, beynəlxalq ictimaiyyət Ermənistanın (Görünür o, deputatların və siyasi rəqiblərinin könlünü xoş edib özünə qarşı çevirməmək üçün həm də Azərbaycanın adını çəkib.RED.) daimi şikayətlərindən, sadəcə, olaraq yorulub: «...Və kobud desək, dünya ictimaiyyəti hər iki tərəf-Ermənistanı və Azərbaycanı, nəhayət, öz aralarında razılığa gəlməyə və ortaq dil tapmağa çağırır… Niyə bizə elə gəlir ki, bütün dünya bizim problem və qayğılarımızla yaşamalıdır??? Ola bilsin ki, bizim bir az öz işimizlə məşğul olmağımızın vaxtı çatıb. Dünya ictimaiyyəti bizə təxminən bunu deyir", - Paşinyan deyib.

Sonda, dəlidən doğru xəbər-Paşinyan son sözünü deyib, ürəyindəkiləri gizlətməyib: «…Beynəlxalq tərəfdaşların nöqteyi-nəzərinə görə, nə ermənipərəst, nə də Azərbaycanpərəst nizamlanma yoxdur. Nizamlanma ya var, ya da yoxdur…».

Vəssalam!

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN