GENERAL ELÇİN QULİYEV ŞƏHİD ANALARI İLƏ GÖRÜŞDÜ- FOTO
“8 Mart - Beynəlxalq Qadınlar Günü” münasibətilə Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti şəhid ailələrini ziyarət etmişlər.
“8 Mart - Beynəlxalq Qadınlar Günü” münasibətilə Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti şəhid ailələrini ziyarət etmişlər.
...Neçə ildir ki, 8 Mart tarixi ömrümüzdə əlamətdar günlərin sırasındadır- Bayram Günüdür.
(Hüseyn Kürdoğlunun xatirəsinə)
“İblisin torundan çıxa bilmirik” - misra istedadlı şairimiz Hüseyn Kürdoğluna məxsusdur. Və şairin 25 il əvvəl yazdığı “Ya İmam Əli” adlı şeirinin birinci misrasıdır.
Arxivimi vərəqləyirdim, “Cahan” jurnalının 1997-ci il yanvar - mart sayında qarşılaşdım. Demək istərdim ki, mərhum şairi ötən əsrin 70-90-cı illərindən tanıyırdım, şeirlərini oxumuşdum. Rastlaşmış və səmimi görüşmüşəm. Çox təbli və məhsuldar şairdi, məxsusi görkəmi vardı, sıx dalğalı saçı onu daha əzəmətli göstərirdi.
***
Türkiyədə - qardaş ölkədə baş vermiş qeyri - adi fəlakət - zəlzələ belimizi bükdü, minlərlə günahsız insanın dağıntı altında həlak olması faciəsinə tab gətirmək elə də asan deyil - dözəsən. Dünyanın insanlara gətirdiyi bir bəladır, bu hadisə on illər keçsə də unudulmayacaqdır və unutmağa haqqımız yoxdur: Körpələr ana - atasız, nənə - babalar övladsız, qohum - əqrəbalar bir-birindən xəbərsiz dünyalarını dəyişdilər, məkanları cənnət olsun!
Fəlakət hər bir insanı - əgər onda Allah duyğusu, Allah rəhmi, Allah mərhəməti varsa... kədərlənməyə bilərmi?! Belə bir fəlakət dəhşətli faciə - itkisini ağıla sığışdırmaq qeyri - mümkündür.
Hüseyn Kürdoğlunun Dünyanın hara üz tutduğunu, insanlara fəlakətlər gətirdiyini öncədən duymasını fəhmlə şeirə gətirməsi məni maraqlandırdı.
Neçin məhvərindən çıxır bu dünya,
Əyridir bəlkə də ərşin təməli,
Ya İmam Əli!
- deyən şairə haqq qazandırardım.
Nəslin kəsilməmiş Əbu Süfyanın,
Hələ də göynəyir mənfur əməli -
Ya İmam Əli!
Hüseyn Kürdoğlu vətənpərvərlik hissiylə yaşayan şairdir, o, yaşadığı Dünyanın başına hansı oyunlar gəldiyini və gələcəyini proqnozlaşdırırdı. O, arzulayırdı adamlar xoşbəxtlik üçün doğulmuşlar, buna onların haqqı çatır, bu insanlar bir-birini başa düşməli, bir-birini sevməli, çünki onlar dünyaya övladlar gətirmişlər, bu varislər insanlığı kəşf edəcəklər! Lakin şairə bəllidir millətin həmişə ürəyi yaralı olmusdur, üzü gülməmişdir, min bir faciələrlə üz-üzə dayanmışdır. Tarix boyu milləti həyatı naminə, azadlığı naminə ölümə belə getmişdir, köləliyin nə olduğunu ruhən idrak etmişdir, pıçıldamış ki, bütün əziyyətləri, əzab və işgəncələri açıq gözlə qarşılamaq gücünə malikdir. Və təəssüf hissilə xatırlatmışdır:
Mənimdir sinəsi yaralı millət,
Yoxdur insaniyyət, yoxdur ədalət.
Düşüncə varmı ki, nədir bu vəhşət,
Dərdimdən dəliyəm, dəliyəm, dəli -
Ya İmam Əli!
Dünyanı məvhərindən çıxaran, yerindən oynadan məhz insan varlığı deyilmi? Təbiəti harmoniyasından çıxaran, ahənginə mane olan İnsan zəkası deyilmi? Planeti öldürücü silahlarla, yandırıcı raketlərlə silkələyən, yerin alt qatlarını səthə çıxaran dünyanın günahı nədir? Vaxtilə yazıçı T.Eliot yazmışdı ki, Dünya gurultudan deyil, zarıya - zarıya məhv olacaqdır, - haqlı idi. Qəribə taleli insana vəhşət hissi haradan gəlir - Allah - Təala da bundan xəbərsizdir yaratdığı bəndənin naqisliyindən. İnsan öz ömrünün qısalığını belə, hesabata almır, “əylənir”, buna antik filo-soflar da reaksiya vermişlər. Belə ki, insan ömrünün qısalığına toxunan Ərəstu Hippokratla birlikdə Təbiəti təqsirləndirmişlər ki, marallara, qarğalara, başqa heyvanlara daha çox ömür verdiyi halda, yüksək məqsədlər üçün yaranmış insanları çox dar, qısa sərhədlərlə məhdudlaşdırılmışdır. Lakin filosof Seneka müdrikliklə cavab vermiş ki, qısa həyatı bizə vermirlər, onu biz özümüz belə edirik, bizim həyatımız kasıb deyil, amma biz onu istismar edirik, həyatdan bacarıqla istifadə olunsa o, çox uzundur.
Belə məqamlarda insan iddialarında insan iblisləşir, iblis toruna bələnir. Şair Hüseyn Kürdoğlunun misraları səslənir, iblisi “aldada” bilmirik.
İblisin torundan çıxa bilmirik,
Fəndgiri güləşib yıxa bilmirik,
Göz açıb dünyaya baxa bilmirik,
Bizi nişan alır namərdin əli -
Ya İmam Əli!
Boylu qadınların kəsildi başı,
Qalmadı dağların daş üstə daşı,
Qanlı selə döndü elin göz yaşı,
Gör kimdir qalmalı, kimdir ölməli -
Ya İmam Əli!
Hüseyn Kürdoğlu üzünü İslam dininə tutur - İslam həmişə qeyrət - namus rəmzi olubdur, xeyirxahlığa çağırmışdır bəşər övladını. Türk həmişə ucalmış, əməli ilə şöhrətlənmişdir, hərçənd enişləri və yoxuşları da baş vermişdirsə, onun bayrağı enməmişdir. Necə edəsən ki, naqis insanlar bəd əməlləri ilə Dünyanın başına min oyun açmış, açmaqdadır. İnsanlar yaranmış və savada yiyələnmişlər - Allahı inkar edirlər, onun mövcudluğunun təftişilə məşğuldurlar. Qurana bayağı gözlə baxırlar, belələrinin ruhu yoxdur, canı var, Allahı tanımaq istəmirlər, cahillər Allahı xəyal və qorxu xəzinəsində axtarırlar, beləliklə özlərini dərk etmirlər, halbuki Allah özünüdərkdən keçir. İnsan Allahın xəlq etdiyi nadir incidir, hər hansı sənət əsəri sənətkardan xəbər verdiyi kimi, ana Torpaq, onun insanları əmanətdir, bir sənət əsəridir, onu fəlakətlərin ağzına ötürməməliyik. İnsanların neqativ niyyətlərinin, əməllərinin və iddialarının nəticəsidir fəlakətlərin qurbanı olar günahsız övladlar, onların mənəvi və maddi dəyərlərinin də qiyməti puça dönər.
Gərəkdir kükrəsin islam qeyrəti,
Hanı Zülfüqarın ulu şöhrəti!?
Qalmamış qələmin qədri - qiyməti,
Samandan ucuzdur gövhəri - ləli -
Ya İmam Əli!
Allahverdi Eminov,
yazıçı-publisist
Müğənni Nura Suri sosial şəbəkə hesabında belə sözlər paylaşıb: “Qadınlara qarşı bu münasibət nə vaxt dəyişəcək? Niyə, kişilər hər istədiyini edəndə, fahişə olmur, qadın kiminləsə münasibətdə olanda, şəkilləri yayılanda həyatı məhv olur?”
P.S. Ay Nura Suri xanım, ay rəhmətliyin qızı, şou -biznesdə məgər fahişə kişilər yoxdur? Var, özü də bu “kişilər” fahişəlik məsələsində şou-biznes xanımlarının qabağına qoz qoyarlar. Bu, sənin birinci səhvindir. İkinci səhvin ondan ibarətdir ki, deyirsən qadınlar “kiminləsə münasibətdə olanda, şəkilləri yayılanda həyatı məhv olur”. Tamamilə yanlış fikirdir. Göstər mənə elə bir şou əhli xanım ki, kiminləsə münasibətdə olduğuna görə, hətta əri olsa belə, həyatı məhv olub? Əksinə, şou əhli xanımlar kiminləsə yox, konkret kişi ilə, yəni sponsorla açıq-aşkar, ərinin, övladlarının və cəmiyyətin gözü qarşısında münasibətdə olduğuna görə, həyatı gözəlləşir, həyatına bahalı maşınlar, villalar, kiliplər daxil olur. Bu münasibət pozularsa, bax onda xanım müğənninin həyatı məhv olur. Odey, təzəlikcə Şəbnəm Tovuzlunun sponsor Həccisi onu tərk edib və yazıq az qala Leyli olub çöllərə düşsün.
***
Əməkdar artist Mehriban Xanlarova instaqram hesabında belə bir paylaşım edib: “Elə bir həyat yaşayın ki, ailə quracağınız insanla harasa gedəndə, başı yuxarı gedəsiniz, başı aşağı yox”.
P.S. Mehriban xanım, deyəsən, göydən zənbillə düşmüsən. Şou əhli hara, utanmaq hissi hara? Belə xanımlar ailə qurandan sonra (əgər qura bilsə) keçmişini dərhal unudub, o qədər başı yuxarı gəzirlər ki, az qala gözləri ayaqlarının altını belə görmür. Sən də nə qoyub, nə axtarırsan?
***
Aparıcı Şəhriyar Əbilov tənhalıqdan gileylənərək bir sayta belə deyib: “Ayaqdayam, səhnədəyəm, hər şey əladır. Qadınların diqqətində olan insanam. Amma, o yoxdur, yarım yoxdur”.
P.S. Ay Şəhriyar bəy, görünür ötən il ayrıldığın rəqqasə Oksana Rəsulovanın qarğışı səni tutub və o yarını da daha tapa bilmirsən. Bu, bir. İkincisi isə Şəhriyar bəy, şou əhli arasında yar yox, yardımçı, yəni maddi yardım edən, şou dilində desək, sponsor, sevgili olur. Yoxsa, şou əhli hara, yar hara?
***
Qəzetlərin birində müəllimlərin əmək haqlarından bəhs edən yazıya belə başlıq qoyulub: “Müəllimlərin maaşı üç ildən sonra 1000 manat olacaq”.
P.S. Bəs, üç ildən sonra qəssaba şıllaq atan dananın, iynələnmiş toyuğun qiyməti nə qədər artacaq? Deməli, üç ildən sonra da yazıq müəllimlərin maaşı indiki kimi qəpik-quruş olacaq.
***
Dövlət Sərhəd Xidməti Mətbuat Xidməti Mərkəzinin verdiyi məlumata görə, Sərhəd qoşunlarının “Horadiz”, “Göytəpə” və “Lənkəran” sərhəd dəstələrinin əməkdaşları tərəfindən, ümumi çəkisi 62 kq.764 qram olan narkotik vasitələrin İran ərazisindən qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb.
P.S. Mən başa düşə bilmirəm, bu İran İslam Respublikasıdır, yoxsa narkotika dövləti? Elə hey eşidirik ki, İrandan Azərbaycana narkotik keçirmək istəyənlər yaxalanıb. Onda qoy mollalar yığışıb bu dövlətin adını dəyişərək birdəfəlik İran Narkotik Respublikası qoysunlar dəə...Onsuz da dünyada İran adı gələndə, narkotika və terror yada düşür. A mollalar, İslam adını dövlətinizə yapışdırıb nə dünyanı üstünüzə güldürün, nə də İslam dininə zərbə vurub, onu gözdən salmayın...
***
Martın 2-də Bakıda Qoşulmama Hərəkatının COVİD-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev Fransa hökümətini bir çox dövlətlərdə törətdiyi soyqırım aktlarına görə, üzr istəməyə çağırıb.
P.S. Görəsən, Fransa prezidenti, erməni axçisi Emma Makroyanın oğlu Emanuel Makron bu çağırışdan azacıq da olsa, xəcalət hissi keçirdimi? Lənət şeytana, mən nə danışıram ə? Erməni hara, xəcalət hissi hara? Erməni həyasızlığı dünyada sərhəd tanıyırmı ki, xəcalət hissinin nə olduğunu da bilsin? Ona görə də, Fransa prezidenti Makron özünün kiçik bacısı Paşinyanın çaldığı ilə oynayır.
***
Məlum olduğu kimi, Qarabağ erməniləri ilə Azərbaycan icması arasında görüşlər və danışıqlar baş tutdu ki, bu da gələcəkdə Azərbaycan vətəndaşları olan Xankəndi ermənilərinin bizim qanunlar altında yaşaya bilməsini təmin etməlidir.
P.S. Deyəsən, ermənilər özlərinin ağır artilleriyası olan qızları belə görüşlərə, danışıqlara hələ cəlb etmək istəmirlər. Əgər erməni qızları da bu danışıqlarda iştirak etsələr, Hacıbala müəllim demiş, əmin olun Qarabağ erməniləri ilə birgə yaşayışımız mütləq baş tutacaq. Nəticədə, ermənilər bizm qanunlarla, bizimkilər də ermənilərin “ağır artilleriyası” ilə sülh və əmin-amanlıq şəraitində şad, xürrəm ömür sürəcəklər.
***
Hüquqşünas Əkrəm Həsənov şadlıq evlərində toy sahiblərinə çatası ƏDV-nin verilməməsindən danışarkən, bir qəzetə belə deyib: “Şadlıq evləri illər boyu toy sahiblərinə çatası ƏDV-ni də yeyiblər”.
P.S. Əkrəm bəy, Allah səni güldürsün, lap öldüm gülməkdən. Ay səni Allah saxlasın. Əvvala, şadlıq evləri yeyib-içmək yeridir dayna. Nə fərqi var, quzu ətinin kababını yedin, ya da ƏDV-ni? İkisi də pula bağlıdır da bə. Bu, bir. İkincisi şadlıq evləri, yaxşı bilirik ki, ayrı-ayrı məmurlara məxsusdur. Bu məmurların da, ustad şairimiz Məmməd Arazın bir şeirindəki kimi desək, tamahları daşkəsən mişardan iti, gödənləri bir qara yarğandan dərindir. Ona görə də, ötən bu illər ərzində şadlıq evlərində toy sahiblərinin ƏDV-ni yeyiblər. Hələ yaxşı ki, toy sahiblərinin özlərini basıb yeməyiblər.
***
Müğənni, “Get hoppan” mahnısı ilə məşhurlaşan Mina Hüseynova ərə getdiyi adamdan ötən il qalmaqallı şəkildə ayrılsa da, yenə türklər demiş, bekar deyil. Mina xanım, yeni bəylə instqramda fotosunu paylaşıb və altından da belə sözlər yazıb: “Həyatıma xoş gəldin, çox xoşbəxtəm. Səni sevirəm”.
P.S. Hə, deməli, Mina xanım bəyin birinə “Get hoppan”, o birinə isə “Xoş gəldin” deyir. Allah bu Minanın xasiyyətini kəssin. Canı yanmışın ürəyi o qədər genişdir ki, ora gələn bəylərin birinə, “Get hoppan”, o birinə “Xoş gəldin” deyə bilir. Allah saxlamış, elə qonaq qarşılayıb, yola salmaqla məşğuldur. Ürəyi yumşaq, ürəyi genişlik də belədir dayna... Mina da bu səbəbdən çox qonaqpərvər xanımdır.
ELÇİN
elcinmemmedliThis email address is being protected from spambots. You need JavaScript enabled to view it.
(Yarıyumoristik)