Gürcüstan Parlamentinin müstəqil deputatı Tariel Nakaidze, parlamentdə çıxışı zamanı ölkənin azərbaycanlı icmasını Novruz bayramı münasibətilə təbrik edib və bayramla bağlı təklif verib.

TEZADLAR.AZ yerli mətbuatına istinadən xəbər verir ki, deputat Novruz və digər bayramların qanunvericiliklə qeyri-iş günü elan edilməsinin vacibliyinə diqqət çəkib.

 "Fürsətdən istifadə edərək Gürcüstanda yaşayan həmvətənlərimizin Novruz bayramını təbrik edirəm. Onlara xoş günlər, tamhüquqlu vətəndaş olmaq arzulayıram. Hesab edirəm ki, Gürcüstan rəngarəng, çoxmillətli dövlətdir. Belə bir halda qanunlarda bu rəngarəngliyi təsdiqləyən normaların olması vacibdir. Novruz bayramı və bir sıra digər etnik və dini azlıqların bayramları qanunla qeyri-iş günü elan edilsin. Ölkəmizdəki rəngarəngliyi qoruyub-saxlamaq istəyiriksə, bu bizim tərəfimizdən atılmış düzgün bir addım olardı", - deyə Nakaidze vurğulayıb.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN