...Vallah, heç də inanılası xoş təsadüf deyil: dünən - martın 21-də, Novruz bayramının ilk günündə, bilirsinizmi, məni kim axtarıb-arayıb təbrik etmək üçün? Şıxəli Qurbanovun sevimli qızı Gülnarə xanım!
Uzaq 1967-ci ildə həyatını təhlükə qarşısında qoyaraq, Novruz bayramının ilk dəfə olaraq rəsmi, dövlət səviyyəsində keçirilməsinə nail olmuş görkəmli ictimai-siyasi xadim, xalqımızın hər zaman böyük ehtiramla xatırladığı, sevdiyi o böyük şəxsiyyətin - Şıxəli Qurbanovun qızı Gülnarə xanım zəng etmişdi! İlk rəsmi Novruz bayramının keçirilməsindən düz 56 il sonra!
Gülnarə xanımla və o zaman Xarici İşlər Nazirliyndə Səlahiyyətli səfir vəzifəsində çalışan qardaşı, bütün varlığı, düşüncəsi və fəaliyyəti ilə atasını xatırladan İlqar müəllimlə hələ30 il əvvəl imkan düşdükcə görüşərdik. Sonuncu dəfə onların hər ikisinin Mili Məclis üzvlüyünə namizədlikləri, seçkilərə hazırlıq günlərində görüşmüşdüm. Onlarla bağlı "Bakinets" qəzetimzin xüsusi buraxılışını hazırlamışdıq. Ancaq hansısa nanəciblərin ucbatından onlar deputatlıqdan kənarda qalmışdılar.
Azərbaycanda hamı Şıxəli Qurbanovu görkəmli yazıçı, dramaturq, şair, filoloq-alim, dövlət və ictimai-siyasi xadim kimi yaxşı tanıyırdı. Öz böyük istedadı ilə 25 yaşında filologiya elmləri doktoru olmuş Şıxəli Qurbanov həm də Azərbaycan Dövlət mükafatı laureatı idi. Çox gənc olmasına baxmayaraq, 38-39 yaşında Azərbaycan EA-nın Dil və Ədəbiyyat İnstitutuna rəhbərlik etmişdi. 1941-44-cü illər müharibəsində iştirak etmi, döyüş orden və medalları ilə təltif edilmişdi.
Onu xalqa sevdirən ən böyük xidməti 1967-ci ildə Azərbaycanda ilk dəfə olaraq dövlət səviyyəsində Novruz bayramının keçirilməsinə nail olması idi. Mərkəzi Komitənin o vaxtkı birinci katibi Vəli Axundov onu "təhlükəli işlər gördüyü" barədə xəbərdarlıq etsə də, Şıxəli Qurbanov heç kimdən və Sovet rejimindən qorxmadan, çəkinmədən öz hərəkətlərinə görə özü cavab verəcəyini bildirmişdi. Bayram keçirildikdən sonra onu təcili Moskvaya çağırmışdılar. Və o, Novruz bayramının tarixi ilə bağlı bir gecə ərzində 22 səhifəlik izahat yazaraq sübut etmişdi ki, Novruz bayramı heç də dinlə əlaqəli bayram deyil. Şıxəli Qurbanovun izahatı ilə tanış olub, çox razı qalan Kreml rəsmisi onunla səmimi xudahafizləşərək, Bakıya qayıtmağı, yüksək vəzifəyə - respublika rəhbəri vəzifəsinə hazırlaşmağı məsləhət görmüşdü. Lakin Şıxəli Qurbanov Bakıya qayıtdıqdan sonra iki ay ərzində 4 dəfə silahlı hücuma məruz qalmış, bununla belə təhlükədən qaça bilmişdi. Ancaq onun respublika rəhbəri olmasını istəməyənlər son variant olaraq dişinin müalicəsi zamanı diş həkiminin əli ilə onu zəhərləmiş, ölümünə səbəb olmuşdular. Bəs diş həkimi kim olmuşdu?
Uzun illər Azərbaycanın Xarici işlər naziri olmuş Vəfa Quluzadənin qaynatası. Elmlər doktoru, böyük titulları olan (Əməkdar həkim, Əməkdar elm xadimi!) həmin nanəcib tutduğu xəyanətkar əməldən sonra Şıxəli Qurbanovu əməliyyat otağında köməksiz qoyaraq, pəncərədən düşüb qaçmışdı. Bu faciəli hadisə rəsmi Novruz bayramı keçirilməsindən cəmi iki ay sonra baş vermişdi. Sonradan məlum olmuşdu ki, ŞIxəli Qurbanova çox zəhərli sianid turşusu vurulubmuş.
O həkimin hansı mənəviyyat sahibi oduğunu göstərən bir fakt var ki, onu çoxları bilmir. Bu barədə onun qohumu - gənc bir şahmatçı qız mənə illər keçdikdən sonra danışmışdı. O, bunu gizlətmədən demişdi ki, bir dəfə - qız 14 yaşında olanda həmin alçaq həkim qohum kimi onlara qonaq gəlmiş, evdə qızdan başqa heç kəsin olmadığını görüb, onu ehtirasla qucaqlamış, qızın qısa yubkasını qaldıraraq, onu zorlamaq istəmişdi. Çox çarpışmadan sonra qız onun əlindən qaçıb qurtara bilmiş, lakin bu barədə valideynlərinə heç nə deməmişdi. Ancaq müəyyən müddət ötdükdən sonra o əclaf qızı yola gətirə bilmiş, istədiyinə nail olmuş, onlara bir qohum kimi gedib-gələrək, imkan düşdükcə, xəlvətə salaraq, həmin qızla bir ildən çox sevgili, ər-arvad kimi yaşamışdılar (qızın da canında az yox imiş...). Bunu mənə danışan "qızı"ın indi 60-a yaxın yaşı var.
Rıhman ORXAN,
Əməkdar jurnalist, veteran